Yuxarı

Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...

Ermənistan Azərbaycanla keçmiş anklavların mübadiləsini istisna etmir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, keçmiş anklavlar məsələsinin həlli üçün müxtəlif variantlar mövcuddur və tərəflər məsələyə konstruktiv yanaşırlar:

“Hər hansı razılaşmanı əvvəlcədən müəyyənləşdirmək istəmirəm, amma deyə bilərəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin bir hissəsi başqa dövlətə verilməli və əvəzində hər hansı ərazi alınmalıdırsa, yəni ərazi dəyişikliyi nəzərdə tutulursa, bu məsələ ümumxalq səsverməsinə çıxarılmalıdır. Belə də olacaq, bunun qarşısını almaq mümkün deyil. Anklavların mübadiləsi mümkün həll yollarından biridir, amma yeganə deyil. Yəni, nəzəri cəhətdən ərazilərin qarşılıqlı və mütənasib şəkildə verilməsi mümkündür. Deyə bilərəm ki, qarşı tərəf də konstruktiv yanaşma nümayiş etdirir. Nəticənin necə olacağına gəlincə, o, səsverməyə çıxarılacaq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da bu barədə danışıb. Azərbaycanın anklavların dəyişdirilməsi ilə bağlı təşəbbüsü dəstəkləməyəcəyi birmənalıdır. Çünki Azərbaycanın Ermənistandakı eksklavları kritik strateji əhəmiyyətə malikdir.

Tarix
2026.10.15 / 12:02
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla