Yuxarı

Şaradan sanksiyalarla bağlı mühüm açıqlama...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaradan sanksiyalarla bağlı mühüm açıqlama...

Suriya Prezidenti Əhməd Şara ölkəyə qarşı Qərb tərəfindən tətbiq edilmiş sanksiyaların tam ləğvinə nail olmağı hədəflədiklərini bildirib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, o bu barədə ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda suriyalı icma nümayəndələri ilə görüş zamanı danışıb.

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması Suriya üçün həm iqtisadi sabitliyin bərpası, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından vacibdir:

“Biz ədalətsiz sanksiyalara qarşı mübarizənin son mərhələsinə daxil olmuşuq. Bu mübarizə onların tam ləğvi ilə nəticələnəcək. Bu, ölkənin bərpası və inkişafı üçün əsas şərtdir.”

Şara diaspor nümayəndələrini Suriyanın bərpa prosesində fəal rol oynamağa çağırıb:

“Ölkənin yenidən qurulması bütün suriyalıların iştirakı ilə mümkün olacaq.”

Qeyd edək ki, Suriyaya qarşı ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar ölkənin bir sıra iqtisadi və maliyyə sahələrini ciddi şəkildə məhdudlaşdırır.

Tarix
2025.11.09 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...

F-16-ların göyərtəsindən Bakı belə görünür - Video

İlham Əliyevin güclü liderliyinin göstəricisi... - Ərdoğan

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla