Yuxarı

Dövlət hansı kitabları alacaq?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanda elm və ədəbiyyat adamlarının yeni çap olunan kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Yaradıcılıq Fondu tərəfindən alınaraq ölkə əhalisinin maarifləndirilməsi üçün paylanacaq.

Axar.az olaraq layihə ilə bağlı qaranlıq qalan bəzi məqamları aydınlaşdırmaq üçün Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu ilə əlaqə saxladıq.

"Ev kitabxanası" layihəsində kitablar hansı kriteriyalara uyğun seçiləcək? – sualımıza Ceyhun Musaoğlu belə cavab verdi:

"Əsasən, söhbət müasir yazarlardan gedir. Təbii ki, orada elmi, bədii-ədəbi, multikultural əhəmiyyət daşıyan kitablara da böyük üstünlük veriləcək. Orada bizim yazarlarımızın, alimlərimizin və ziyalılarımızın kitabları olacaq. Amma söhbət ondan gedir ki, bu gün ədəbi aləmdə öz sözü, dəsti-xətti olan bir çox yazarlarımız var ki, biz ilk növbədə, onların tanıdılmasına çalışacağıq. Bir vaxtlar Sovet dövründə klassiklərin kitablarının dövlət səviyyəsində tirajı, satışı və yayılması var idi. Buna dövlət birbaşa nəzarət edirdi. Yazıçılar İttifaqının və ya hər hansı digər bir xətlə sözügedən kitabların təbliği həyata keçirilirdi. Bu gün isə o xətt qırılıb. Biz o xətti bərpa etmək istəyirik. Müəyyən bir dövr var idi ki, bütöv bir SSRİ ədəbi mühiti buna çalışırdı. Amma indi 3-4 qurum, daha doğrusu, Bilik Fondu, Multikulturalizm Mərkəzi belə bir təşəbbüs irəli sürüb. Bu, daha çox layihə xarakterlidir. Ona görə biz çox istəyərdik ki, bizə hər tərəfdən dəstək olsun. Bu gün mətbuat, yazarların özü bizə dəstək verir, buna görə çox sağ olsunlar. İlk növbədə, üç yazarın bir neçə kitabını almışıq. Bəzən kənardan yaxşı anlaşılmır, elə bilirlər ki, bir nəfər 500 tirajla kitab buraxıb, onun hamısını biz alırıq və başlayırıq paylamağa. Bu, bir az səhv yanaşmadır. Biz nəşriyyat rolunu oynamırıq. Sadəcə olaraq, bu kitabların yayılmasına köməklik göstəririk. Vətəndaşların, məktəblilərin, gənclərin ev kitabxanasını yaratmaq istəyirik. Biz istəyirik ki, hər kəsin evində öz şəxsi kitabxanası olsun. O kitabxanada isə bizim ədəbiyyatımızın, dilimizin inkişafına müsbət təsir göstərən əsərlər yer alsın. Mən desəm ki, xeyr, münsiflər olmayacaq, kitablar konkret göstəricilərə görə seçiləcək, yanılaram. Bu haqda dəqiq bir fikir irəli sürmək üçün hələ tezdir. Biz bunu müzakirəyə çıxaracağıq. Bu gün sosial şəbəkələr var, kitab satışları göstəriciləri var, oxunaqlı yazarlar var. Bununla yanaşı, bizim özümüzün də ədəbi zövqümüz var. Daha çox hansı yazara üstünlük verilir, daha çox hansı yazarın hekayəsi oxunur və müzakirələrə səbəb olur kimi kriteriyalar əsas götürüləcək. Yoxsa ki, Azərbaycanda məndən başqa kitabı çıxmayan adam qalmayıb, hamının kitabı var. Bu səbəbdən hər yeni nəşri almağımız məntiqəuyğun olmaz. Hələ ilkin olaraq hərədən 25-30 kitab almışıq. İndi o kitabların paylanması ilə məşğul olacağıq. Hələ ki, Qan Turalının "9 hekayə", Şəhriyar del Geraninin "Darıxmağın adı" və Aydın Talıbzadənin teatrşünaslıqla bağlı kitabını sifariş vermişik. Bu yaxınlarda da layihənin təqdimat mərasimini keçirəcəyik. Orada bu haqda daha ətraflı məlumat veriləcək".

Tarix
2015.06.06 / 16:55
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla