Almaniya Faşizm dövrünün hər sahəsi kimi bu dünyavi
imperiyanın əsas emblem nişanəsi də hamının daima marağına səbəb
olub.
Belə ki, əsas dövlət atributlarında, imperiyanın əsas güc
strukturlarında geniş istifadə edilən nişan – "Svastika" və ya
"qamalı xaç" idi. Bəs bu əsrarəngiz işarənin tarixi mənası
nədir?
Svastika adı yunan qamma (Γ) hərfinə və xaç şəklinə (+)
istinadən verilmişdir. Svastika sözü sanskritcədəki su (yaxşı) və
asdı (olmaq) sözlərinin birləşməsindən meydana gəlib. "Yaxşı olmaq,
xoşbəxt və sağlam olmaq" mənalarına gəlir.
Svastika xəyali bir kvadrat formanın içinə yerləşir. Ancaq
növünə görə dairə kimi hər cür həndəsi forma ilə çevrilə bilər.
Sağa dönük svastikalar, ümumiyyətlə, "saat istiqamətində" ya da
"saat istiqamətinin tərsi" deyə təyin olunur. Svastikalar nizamsız
20 kənarlı çoxbucaqlı olaraq qəbul edilib, 5×5-lik ölçüsündə, 17
kvadrat metrlik bir kompozisiya meydana gətirməkdədir. Svastika
motivi üzərindən bərabər böldüyümüzdə hər kənar 60, 36, 12 və 12
dərəcə düşür.
Bu simvolu təbii olaraq, bir çox xalq öz mədəniyyət istifadə
edib. Məsələn, Honk Konk İncəsənət Muzeyində olan və Majiyao
mədəniyyətinə, yəni e.ə. 2200-2000-ci illər tarixinə aid edildiyi
güman edilən neolitik dövrə aid həndəsi naxışlı torpaq qab üzərində
Svastika naxışları tapılıb. Hindistanda çox fərqli din və
mədəniyyətlər Svastika işarəsini müxtəlif şəkildə istifadə ediblər.
Svastika hinduizm, buddizm və caynizmə görə müqəddəsdir. Bir çox
antik sivilizasiyada rast gəlinir. Məsələn, Orta və Cənubi Amerika
mədəniyyətlərində xüsusilə mayalayar, navarrolarda bu işarəyə rast
gəlinib. Mesopotamiyada olan bir çox sikkələrin üzərində svastika
simvolu olub. Erkən dövr xristianlıqda və Bizans İmperiyasında da
həmçinin, "Svastika" adı Bizans dövründə istifadə edilməyə
başlanılıb.
İslamda və türk dünyasında Svastika – Svastika simvolu islam
mədəniyyətində də görülməkdədir. Xüsusilə Səlcuqlu və Osmanlı
dövrlərində xalça kilim motivləri ayrıca bəzəmə şəkillərində və
xətt sənətində istifadə edilib. İslam mədəniyyətində bu simvoldan
bəzəmə sənətində naxış və motiv olaraq istifadə edilib. İrandakı
Cümə məscidi və Livandakı Taynal məscidlərinin hər ikisində də
svastika motivləri vardır.
Qazaxıstanın Türküstan şəhərində olan Əhməd Yəsəvi Türbəsi, ana
qapının sağ tərəfində müxtəlif formalı svastika, ana qapının sol
tərəfində isə geniş olaraq bilinən halıyla bir svastika var.
Svastika, bir çox dünya mədəniyyətində olduğu kimi, prototürklər
(ön türklər) tərəfindən də istifadə edilib. Svastikanın türk
mədəniyyətindəki adı "oz damğası"dır. Bu damğa ön türklərdə
özləşərək Tanrıya çatmağı təmsil edir. "Oz" damğası o biri dünyaya
keçərək orada şəkil dəyişdirərək (metamorfoz) yenidən meydana gəlmə
düşüncəsini ifadə edir.
Mövləvi və Bektaşilerin insanların qrup halında öz oxları
ətrafında dönərək "göyə" yüksəlmə inancı ayini ilə məşhurdur. Saz
şairləri də sazları ilə canları ozlaştırır. Tanrıya yaxınlaşırlar.
Bu səbəblə saz şairlərinə ozan deyilməkdədir. Ozlaşma anlayışının
atəş kül mərasiminə (gün çıxma mərasimi) qədər gedib çıxdığı
düşünülməkdədir. Bu anlayış, günəş kül idinə aid müqəddəs hesab
etmə mərasimində də görülməkdədir.
Bir günəş simvolu olan Oz damğası – Svastikanın söz mənası
öz-özünə var olandır. Ön türklərdə istifadə OZ deyə oxunan damğa
harada nə zaman ortaya çıxdığı qəti bilinməsə də əksəriyyətlə
"svastika" olaraq adlandırılıb. Svastika sözü holland olub "si"
(yaxşı) və "as" (olmaq) sözlərindən ibarətdir. Bu şəkliylə söz
"xoşbəxtlik" və "xəyal" mənalarına gəlir.
Svastika türkçülükdə dörd istiqamətə sallanan qollarıyla Dış
Oğuz tərəfindən dünyanın dörd bir yanına yayıldığını ifadə edər və
bütün kainatı işarə ilə göstərər. Bu simvola aid tapıntılar İndus
Vadisi mədəniyyətinə qədər uzanmaqdadır. Xüsusilə, Harappada edilən
qazıntılarda möhürlərdəki qabartmalarda olduqca tez rast gəlinib.
Uğur şans gətirməsi üçün istifadə edilən bir simvoldur. Panininin
məşhur qrammatika çalışması "Ashtadhyayi"nin 8-ci hissəsində də
Svastikanın adı keçməkdədir. Son illərə qədər mənşəyinin Arilər
dayandığı düşünülməkdədir (e.ə II minillik). Lakin son illərdə
edilən elmi araşdırmalar vasitəsilə mənşəyinin ön türk
mədəniyyətinə söykəndiyini və onlar vasitəsi ilə dünyanın müxtəlif
istiqamətlərinə yayıldığı istiqamətində əhəmiyyətli məlumat və
sənədlər ortaya qoyulub.
(T.PARLAK, Turan Yolunda Aral’ın Sırları, Ankara, 2007, s.
33.)
Konyada olan Çatalhöyükdə edilən qazıntılardan əldə edilən e.ə.
7500-ci illərdə cilalanmış Daş və Mis dövrünə aid daş lövhələrdə və
ev bünovrələrinin bir qisimində svastika simvolu istifadə
edilib.
Tanınmış arxeoloq Ceyms Mellaarta görə, "Bütün qamalı xaç çölə
doğru yayılan olan mərkəzi bir hərəkətlə göstərilir. Öz statik
mərkəzi kainat və Tanrısal gücün mərkəzini təmsil edir. Svastika
bilinən bir nişan olaraq Avrasiyanın bütün parçalarında istifadə
edilib".
Amasya Hatuniyə məscidi çeşməsi başında da 5 ədəd (daha çox
diqqətə çarpanı 3 ədəd) Svastika simvolu var.
Svastikanın dörd qolu, dörd kosmik gücü (atəş, su, hava, torpaq)
simvollaşdırır. Həmçinin, bəzi qaynaqlarda bildirilir ki, qədim
dövrlərdə bu simvol sayəsində dörd kosmik gücün təsir altına alınıb
cadu edilirdi.
Svastika I Dünya müharibəsindən sonra qurulan Nasional Sosialist
Alman İşçi Partiyası və hökuməti tərəfindən emblem olaraq istifadə
edilib. Nasional sosialistlərin (nasistlər) istifadə etdikləri
qamalı xaçın adı Almancada "Hakenkreuz"dur. Daha sonra Nasist
Almaniyasının bayrağında da istifadə edilib. Svastikanın bu mənada
istifadəsi 1945-ci ildə Nasist Almaniyasının məğlub olması ilə
birlikdə sona çatmışdır və bəzi ölkələrdə svastika istifadəsi
cinayətdir. Hal-hazırda bəzi neo-Nasist qruplar svastika istifadə
etməyə davam edillər.
Senet.az