Yuxarı

“Addım-addım Yaponiya” təqdim edildi: səfirlər də qatıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın müəllifi olduğu “Addım-addım Yaponiya” kitabının onlayn təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, onlayn təqdimatın aparıcısı, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı təqdimatda iştirak edən səfirləri, millət vəkillərini, alimləri və tədbirin iştirakçısı olan bütün ziyalıları salamlayaraq, bu nəfis nəşrin özəllikləri barədə yığcam məlumat verib, müəllifin Azərbaycan yaponşünaslığına önəmli bir əsər qazandırdığını vurğulayıb.

Kitabın yaranma zərurəti haqqında danışan müəllif – MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Yaponiyaya 2017-ci ildə baş tutan səfəri barədə məlumat verərək, belə gözəl ölkə, mükəmməl cəmiyyət haqqında yazmağı özünə borc bildiyini söyləyib. Azərbaycan-Yaponiya Parlamentlərarası İşçi Qrupunun üzvü kimi iki dost ölkə arasında ictimai-siyasi əlaqələrin inkişafını yaxından izlədiyini vurğulayan Qənirə Paşayeva 16 illik parlament üzvlüyü ərzində həmişə bu qrupun üzvü olduğunu məmnuniyyətlə söyləyib.

Komitə sədri xüsusi qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib, regionda və dünyada sülhün, tərəqqinin tərəfdarı kimi çıxış edib: “44 günlük Vətən müharibəsinə, eləcə də müharibə sonrası başlayan quruculuq işlərinə münasibətdə Yaponiyanın konstruktiv yanaşmasının şahidi olduq. Fürsətdən istifadə edib Yaponiyanın Azərbaycandakı, Azərbaycanın Yaponiyadakı səfirliklərinə, şəxsən cənab səfirlər Cuniçi Vada və Gürsel İsmayılzadəyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əminə xanım Ağazadəyə və qrup üzvlərinə könül dolusu təşəkkürlərimi yetirirəm.

Heç şübhəsiz ki, Azərbaycan-Yaponiya münasibətlərinin müasir vəziyyəti və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin, prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Çox şadam ki, parlamentlər arasında da yaxşı əməkdaşlıq mühiti və imkanları var”.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cuniçi Vada öz çıxışında iki ölkə arasındakı ictimai-siyasi, mədəni əməkdaşlığın tarixindən, ölkələrimiz arasında imzalanmış mühüm hüquqi sənədlərdən söz açıb.

Cənab səfir qeyd edib ki, “Addım-addım Yaponiya” kitabı Yaponiyaya, qədim yapon mədəniyyətinə müəllifin məhəbbətini və bələdliliyini əyani şəkildə göstərir. Müəllifə belə bir kitab üçün təşəkkürünü bildirən səfir ölkələrarası münasibətlərin indiki yüksək səviyyəsinə vurğu edib.

Səfir bildirib ki, yapon şirkətləri Qarabağda yaşıl enerji zonasının yaradılması işində iştirak edəcək, artıq bununla bağlı müvafiq razılaşmalar əldə edilib, sənədlər imzalanıb.

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Gürsel İsmayılzadə təqdim olunan kitabın ABŞ antropoloqu Ruz Benediktin “Xrizantema və Qılınc” kitabı (1946) ilə xoşməramlı müqayisəsini apararaq, yaponşünaslığın yeni bir mənbə qazandığını deyib.

Təqdimatda Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əminə Ağazadə, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – MM Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Vüqar İsgəndərov, Kamilə Əliyeva, Tokiodakı Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, ADPU Quba filialının direktoru Alı Afşar, “Addım-addım Yaponiya” kitabının rəyçiləri – Təranə Turan Rəhimli və AzərTac-ın Yaponiya təmsilçisi Vüqar Ağayev təqdimatda çıxış edib. Qeyd olunub ki, müəllif Qənirə Paşayeva Yaponiyanın bölgələrinə qısa müddətli səfərlər etməsinə baxmayaraq, hər bir region, şəhər və kənd, eləcə də regional adət-ənənələrlə yaxından tanış ola bilib; oxucu onun yaratdığı dolğun təəssürat əsasında Yaponiya ilə tanış olur, yapon özünəməxsusluğunu anlayır.

Tarix
2021.05.08 / 11:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla