Yuxarı

Cavidə qulbeçə deyir, özünü alçaldılmış sayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavidə qulbeçə deyir, özünü alçaldılmış sayır

Son günlərdə Ağalar Məmmədovun Hüseyn Cavid haqda yazdığı məqalə mətbuatda geniş müzakirələrə səbəb olub. Onun bu məqalədə böyük dramaturq Hüseyn Cavidi "Türkiyənin qulbeçəsi" adlandırması qələm adamlarında etiraz doğurub. Əslində, Hüseyn Cavid şəxsiyyətinin müdafiəsinə qalxmağa ehtiyac yoxdur. Hüseyn Cavidi "Şeyx Sənan", "Azər", "Maral" müdafiə edir.

Yaranmış polemikanı nəzərə alaraq kulis.az saytı Ağalar Məmmədovun bu fikirləri ilə bağlı akademik Kamal Abdullanın münasibətini öyrənib. Kamal Abdulla onun fikirlərinə belə şərh verib:

"Nə cür yazıb, o cür və o qədər anlayıbdır. Bu məntiqsiz məntiqi davam etdirsək, o zaman Füzuli də gərək tez öləydi və yaxud heç doğulmayaydı, belədə onun anlaşılmaz ərəb-fars tərkibləri dili daha az "zibilləyərdi". Sabir, Mirzə Cəlil də elə. Bu məntiqlə Dədə Qorquda qədər getmək olar. Ədəbi vəhhabilikdi. Bünövrəni, kökü hədəf götürüb. Cəngəllik nərəsi çəkib həmfikirlərini yanına yığmaq cəhdidir. Əslində, "Azərbaycanı nə qədər sevmirəm, ona nə qədər nifrət edirəm" mahiyyətli bir yarış var. Bu ləyaqətsiz yarışın önündə olmaq cəhdidir". (Müsahibənin tam mətni).

Ağalar Məmmədov bu gün meydan.tv saytında dərc olunan məqaləsində isə Kamal Abdullanın bu fikirlərini əsas gətirərək, özünün təhqir edildiyini bildirib:

"Kamal Abdulla müsahibəsində az qala hər sualın cavabında mənə təhqir və kin qusaraq, məni tanımaza-bilməzə, oxumaza-anlamaza türk dəyərlərinə nifrət edən adam, hansısa siyasi oyunun bir parçası, bolşevik, ləyaqətsiz və s. kimi olmazın yarlıqlarla xarakterizə edib qoyub. Sözün düzü, bu kompleksli yekəxana məmur-yazıçını, ya da o biriləri çox da qınamalı deyil, "Filankəs filankəsi söyüb" formasında aravurucu qarıların üsuluyla ortaya atılmış məsələyə münasibət başqa necə olmalı idi".

Yəni "Azərbaycanı nə qədər sevmirəm, ona nə qədər nifrət edirəm" kimi bir yarış doğrudanmı ləyaqətsiz yarış deyil? Şübhəsiz ki, bu, ləyaqətsiz yarışdır və Ağalar Məmmədov özünü bu yarışın önündə görürsə, başqasında günah axtarması lüzumsuz.

Gələk Kamal Abdullaya qarşı qaldırdığı "təhqir iddiasına".

Diqqətlə oxusaq, görərik ki, Kamal Abdullanın fikirlərində nəinki birbaşa, dolayı yolla da heç bir təhqir içliyi yoxdur. Ümumiyyətlə, Cavid kimi Azərbaycan mədəniyyətinin və ictimai fikrinin formalaşmasında rolu olan bir şəxsiyyəti "qulbeçə" adlandıran Ağalar Məmmədovun səbəbsiz yerə öz ləyaqətinin müdafiəsinə qalxması gülünc görünür.

Digər tərəfdən, Cavidin dillər əzbəri olan "Qız məktəbində" şeirini bayağı bir müşahidə ilə təhqir etməsi iynə ilə gor qazmağa bənzəyir. Guya Cavid burada bir uşağın dilindən verilən səmimi etiraflarla subliminal mesajlar ötürüb. Ay bərəkallah! Yaxşı bəs, "Mənim tanrım gözəllikdir, sevgidir" misrası haqda nə demək olar?

"Mənim tanrım gözəllikdir, sevgidir" kimi möhtəşəm bir misranı gözardı edib uşaq təbəssümü ilə zəngin bir şeirdə "hansısa" nüanslar axtarmaq kortəbii şəkildə hədəfi vurmaqdır.

Bundan əlavə, yazısında sayt əməkdaşını "beyindən çolaq", "miskin böcək" adlandıran fəlsəfəçi-alimin jurnalistə həm də təhqir anlamında "çoban" yazması başqa bir ayıb mövzu. Ağalar Məmmədovun "çoban" sözünü məhz təhqir anlamında işlətməsi bu insanın Azərbaycan tarixinə, ənənələrinə və milli mənsubiyyətinə nə qədər düşmən mövqedə dayandığının sübutudur.

Məncə, gəlib çatdığımız bu nöqtə hər şeyi bizə aydın göstərir. Ağalar Məmmədovun çoban dədə-babalarımızı təhqir etməsi onun Hüseyn Cavid haqda səsləndirdiyi fikirlərdən də böyük rüsvayçılıqdır.

Öz yazısında bu qədər təhqir içlikli cümlələrə və ittihamlara yol verən birinin – həm də özünü "fəlsəfəçi" adlandıran şəxsin - hansı "fəlsəfə" ilə akademik Kamal Abdullanı günahlandırması əsl komediyadır.

Tarix
2015.06.23 / 15:47
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bayramov İordaniyanın baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla