Bu gün Bakıda ilk Avropa oyunlarının bağlanış mərasimi
keçirilir.
Axar.az həmin mərasimin canlı görüntüsünü təqdim edir:
21:02
Olimpiya Stadonunda Azərbaycanın məşhur müğənnilərinin ifasında
Azərbaycan Respublikasının Himni yeni oranjımanda ifa olunur.
Stadionda Azərbaycan bayrağı qaldırılır.
21:04
Bağlanış mərasimində Azərbaycan milli musiqi alətləri və müasir
müasir alətlərinin vasitəsiylə gözoxşayan performans nümayiş
etdirilir.
21:19
Bağlanış mərasimində 50 nəfər uşaqdan ibarət xorun ifasında "Çal
oyna" xalq mahnısı yeni oranjımanda ifa olunur. Mahnının sədaları
altında iştirakçı ölkələrin bayraqları Olimpiya stadionuna daxil
olur.
21:23
Hazırda Olimpiya stadionunda idmançıların paradı baş tutur.
21:56
I Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva
bağlanış mərasimində iştirak edən hər kəsi salamladı. O, I Avropa
Oyunlarının Avropaya birlik bəxş etdiyini bildirib:
"Müstəqil Azərbaycana yeni qələbələr, Azərbaycan xalqına
xoşbəxtlik arzulayıram. İlk Avropa Oyunları başa çatır. Son 17 gün
ərzində biz Avropa dövlətləri arasında birliyin şahidi olduq. Mən
oyunlara və atletlərə verdikləri qiymətə görə, Azərbaycan xalqına
və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əziz
atletlər sizin uğurunuz gələcək nəsillər üçün gözəl nümunədir. Siz
möhtəşəm çıxışlarınızı həvəslə, nəzakətlə və incəliklə bizə bəxş
etdiniz. Sizin naliyyətləriniz bizi ilhamlandırır".
Bundan başqa Mehriban Əliyevə I Avropa Oyunlarında iştirak
könüllülərə də minnətdarlığını bildirib. O, könüllülərin sayəsində
I Avropa Oyunlarının daha da möhtəşəm olduğunu bildirib.
22:12
Patrik Hikkinin çıxışından sonra stadionda fransız rəqqasların
ifasında "Gəncliyin enerjisi" adlı rəqs nümayiş
etdirildi.
22:25
Bu texnologiyalar sayəsində ölkələr və ayrı-ayrı fərdlər -
onların ideyaları, mənsub olduqları xalqın mədəniyyəti və
daşıdıqları enerjini bir-birinə ötürmək baxımından əvəzolunmaz
mübadilə imkanları yaranır.
Səhnədə dünyamızın perspektivi təsvir olunur. Bu, gəncliyin
enerjisidir. Rəqqas səhnədə bir enerji qığılcımı yaradır. Güclü
enerji bədənindən keçərək onu hərəkətə gətirir. Rəqqas bu enerjini
rəqqasəyə, daha sonra isə başqalarına ötürür. Onların urban və
atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə
çevrilir. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş
altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olur.
Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha
sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar
yaradır.
Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir.
İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk
halqalarında akrobatik hərəkətlər edir. Onlar yerə enir və bu zaman
səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan
rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar
şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı
üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda "Bakı-2015"
birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı
yaranır.
22:42
Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və
dirçəliş toxumlarını əks etdirən yanar köz (işıq diodları) tökülür.
Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa
Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu
alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanıb.
Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər
uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır.
Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir
və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların asıldığı
nəhəng çilçıraq səmaya yüksəlir. Meydan möhtəşəm işıq selinə qərq
olur. Buradan belə bir məna çıxır: Avropa Oyunları alovunun
zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq
quşu kimi ölməz olacaq.
Bu təsirli səhnələr Martin Rozengarten və Kristian Ştaynxauzerin
Azərbaycan xalq mahnısı "Sarı gəlin"in motivləri əsasında aranjiman
etdiyi "Lanterns" musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad
Fətəliyevin ifasında balabanda səslənir.
23:08
Möhtəşəm bağlanış mərasimi bütün dünyanı heyran buraxdı. Bununla
17 gün davam edən I
Avropa Oyunları bağlanış mərasimi ilə sona çatmış oldu.