Yuxarı

Ən qısa vaxtda Şuşaya gedəcəm - Güllü Ərhan

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur "Qurdlar vadisi" serialının baş qəhrəmanlarından biri olan aktyor Ərhan Ufak Teleqraf.com-un suallarını cavablandırıb.

Kult.az Ərhan Ufak ilə müsahibəni təqdim edir:

- Ərhan bəy, sizi ölkəmizdə xoş gördük. Azərbaycana gəlişinizin səbəbi nədir?

- Hazırda "Sənət Akademiyası"na görə Bakıya gəlmişəm. Aktyor dərslərimizə başladıq. Məktəbin açılışı oldu və fəaliyyətimizə davam edirik. Bizim əsas məqsədimiz bu idi.

- Türkiyə mətbuatında tez-tez "Qurtlar vadisi xaos" serialının davamının çəkilməsi haqqında xəbərlər yayılır. Nəcati Şaşmaz ilə bu haqda müzakirə aparmısınızmı?

- " Qurtlar vadisi xaos " serialının davamının çəkiləcəyi bəlli deyil. Ona görə də hər hansı məlumat verə bilmirəm.

- Azərbaycana tez-tez gəlirsiniz. İnsanlar sizi tanıyırlar?

- Bəli, insanlar məni küçədə görəndə tanıyırlar.

- Bakıdan ev almağı düşünürsüzümü?

- Ola bilər...

- Qarşıda hansı planlarınız var. Yeni mövsümdə seriallara çəkiləcəksinizmi?

- Bəli, serial təklifləri var. Bir çox yeniliklər olacaq. Bu haqda məlumat veriləcək.

- Özünüzü komedik obrazda sınaya bilərsinizmi?

- Türkiyədə kino sahəsində sistem nəyi tələb edirsə, ona uyğun davam edirik. Komedik filmlərdən təklif gələrsə, niyə də olmasın....

- Azərbaycan film təklifləri varmı?

- Azərbaycanda yeni layihə edəcəyik.

- Azərbaycan və Türkiyənin ortaq layihəsi olacaq?

- Bəli. Film haqqında indi açıqlama vermək istəmirik.

- Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etdi. Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu haqda nə deyə bilərsiniz?

- İki qardaş birləşdi.

- Şuşaya getmək istəyərsinizmi?

- Təbii ki, Şuşaya getmək istəyərəm. Ən qısa vaxtda da Şuşaya gedəcəm.

Tarix
2021.06.23 / 16:46
Müəllif
Kult.az
Digər xəbərlər

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla