Yuxarı

Təyyarədə ölən “Axmaq milyonçu” - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün türk kinosunun sevilən aktyoru Kamal Sunalın vəfatından 15 il ötür. 55 yaşında infarktdan vəfat edən aktyor mavi ekrana və tamaşaçısına vida etməsinin 15-ci ilində ailəsi tərəfindən anılacaq.

"Hababam sinifi", "Tosun Paşa", "Axmaq milyoner", "Ortadirək Şaban", "Şabanoğlu Şaban", "Səfeh Şaban" və s. məşhur türk filmlərində komik rolları canlandıran Kamal Sunal əksər komediya aktyorları kimi həyatda ciddi bir xarakterə malik olub. Onun ölümü təkcə Türkiyə xalqı üçün deyil, eləcə də, Azərbaycandakı sevənləri üçün də ağır xəbər oldu. Kamal Sunal türk xalqlarının ötən əsrdəki son itkisi idi.

Daim təbəssümlə xatırlanan Kamal Sunal yeri əsla doldurulmayacaq biridir. Filmlərinin ilk nümayişlərindən illər sonra belə uşaqdan-böyüyə hər kəsin onu böyük maraqla izləməsi aktyorun nə qədər çox sevildiyi və xatırlandığını göstərir. Onun filmlərdə ötürdüyü ictimai, sosial və siyasi mesajlar o dövrkü Türkiyənin mənzərəsini hər eskizinə qədər əks etdirirdi.

Kamal Sunal yaxşı aktyor olmaqla yanaşı, həm də yaxşı insan – elə türklərin özləri demiş, "adam kimi adam" olub. O, bir neçə filmdə tərəf-müqabili olduğu məşhur aktyor Münir Özkul 70-ci illərdə içkiyə qurşandığından heç kim onlara sahib çıxmadığı halda Kamal Sunal onu himayə etmiş, ev almışdı.

Bu dünya evində daimi olmasa da, tamaşaçılarının ürəyində daima yeri olan Kamal Sunalı hörmətlə anırıq.

Axar.az Kamal Sunalın da rol aldığı "Hababam sinifi" filmindən ən maraqlı səhnələri təqdim edir:

Tarix
2015.07.03 / 15:15
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla