Yuxarı

Paşazadəyə hücumlar: Şeyx niyə qorunmalıdır?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə qarşı sosial şəbəkə və müxtəlif media qurumlarında kampaniyalar hələ də davam edir.

Artıq bütün proses hər kəsə bəllidir: Şeyxülislamın çıxışının kontekstdən çıxarıldığı və təhrif edildiyi və yaxud Allahşükür Paşazadənin fikrini ifadə edərkən daha mübaliğəli sözlər seçməsi barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur və bu, artıq müzakirə predmeti deyil. Hər kəs də öz fikrini ifadə edə bilər, amma bunun kampaniyaya və ya sosial şəbəkə istifadəçilərinin əyləncəsinə çevrilməsi yaxşı heç nə vəd etmir.

Məsələ ondadır ki, Qafqaz Müsəlmanları İdarəsi özündə Azərbaycan müsəlmanları ilə bərabər, Dağıstan, Çeçenistan, Kabardin-Balkar, İnquşetiya, Qaraçay-Çərkəz, Adıgey və Gürcüstan müsəlman cameəsini və təşkilatlarını birləşdirir. Azərbaycan əhali, ərazi, iqtisadiyyat, siyasət və hərbi baxımdan Qafqazın ən qüdrətli ölkəsidir və tarixi Azərbaycan Qafqazda həmişə böyük təsir gücünə malik olub. Hətta Aleksandr Düma o vaxt yazırdı ki, fransız dili Avropa üçün hansı əhəmiyyət kəsb edirsə, tatar dilinin (Azərbaycan türkcəsi) Qafqazda oynadığı rol odur. Fransızca isə 19-cu əsrdə Rusiyanı belə istila etmişdi.

Azərbaycan dilinin təsir gücü yalnız sovet illərində azaldı, ancaq Bakının ruhani mərkəz funksiyası hər zaman davam edib. Azərbaycanın Qafqazın ən güclü dövləti statusunu QMİ özündə çox mənalı şəkildə əks etdirir. Ona görə də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nüfuzu, onun rəhbərinin imici dövlətçiliyimiz və milli maraqlarımız baxımından xüsusi əhəmiyyət kəsb edən məsələdir.

Allahşükür Paşazadə - Qafqazın dini rəhbəridir və onun daşıdığı missiya və dini rola görə şəxsiyyətinin qorunması vacibdir. Allahşükür Paşazadə ona görə 2003-cü ildə ömürlük lider seçilib və buna yalnız Azərbaycan müsəlmanları yox, bütün Qafqaz müsəlmanları səs veriblər. Biz bizim olan və bizə üstünlük gətirən bir institutun imicinin zədələnməsi və Qafqaz müsəlmanları arasında Şeyxülislamın nüfuzunun azalmasında iştirakçı ola bilmərik.

Yəni Qafqaz Şeyxülislamlıq institutunun təsir dairəsinin qorunması üçün Allahşükür Paşazadənin bu qədər tənqid hədəfinə çevrilməsindən qaçmaq lazımdır.

Heç bir ölkədə dini liderlə bağlı bu qədər aşağılayıcı ifadə seçilməz; heç bir xalq öz dövlət və milli maraqları, dini həssas insanlara münasibətə görə öz ruhani liderinə ağır ifadələrin işlədilməsinə yol verməz. Təəssüf ki, biz nəticələrini hesablamadan cəmiyyət olaraq bəzən əyləncə xatirinə bu kampaniyada iştirak edirik.

Şeyxin şəxsiyyəti deyil, statusu və daşıdığı missiyanı qorumaq milli maraqlarımızdandır və Şeyxülislam da bütün ömrü boyu fəaliyyəti ilə bu maraqlarımızın təminində az rol oynamayıb. Biz mövcud ruhani institutumuza zərbə vururuq və Şeyxülislam məqamını aşağılayırıq, sabah o yerə kimin seçilməsindən asılı olmayaraq, onun da nüfuzunu indidən aşağılayırıq.

Bu, olduqca həssas mövzudur və həssas yanaşma da tələb edir.

Tarix
2021.07.27 / 23:52
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla