Yuxarı

Bu iddialar əsassızdır: kimin yaydığı da bəllidir...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Konstitusiyasına yaxın vaxtlarda dəyişiklik edilməsi məqsədi ilə referendium keçiriləcəyi, habelə Milli Məclisin təkrarən buraxılacağı barədə “məlumat”lar yayılmaqdadır.

Bəzi sözləri dırnaq içində yazmağa məcburam, çünki o iddialar əsassızdır, həqiqətə uyğun deyil. Açıq desək, bu “məlumat”lar, gözləntilər nə dövlətin, nə cəmiyyətin, nə də dövlətçiliyin dəyərini yüksək tutan vətəndaşın maraqlarına cavab verir və biləvasitə bəlli radikal siyasi dairələrin maraqlarına xidmət edir. Belə olan halda – bir dar siyasi çevrənin, radikalların maraqlarını cəmiyyət, dövlət maraqları səviyyəsinə qaldırmaq olarmı?

Bu, ritorik sualdır, əlbəttə və cavabı “Əlbəttə, olmaz”dır!

Diqqət edin: Referendum yaxın keçmişdə olub, cəmiyyətin müzakirələri, xalqın səsi nəticəsində 26 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik edilib.

Yəni “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendumun üzərindən heç 5 il keçməmiş növbəti bir referendium barədə müzakirələr köklü səbəblərə əsaslanmır. Ölkədə hakimiyyət bölgüsü məlumdur, qurum və quruluşların işi günün tələbləri səviyyəsində qurulub; gərəkən islahatlar dövlət başçısının kamil rəhbərliyi ilə həyata keçirilir və xalqın rəğbəti ilə qarşılanır. Yalnız Vətən Müharibəsini, müharibədəki tarixi zəfərimizi vurğulamaqla dövlətimizin, dövlət orqanlarımızın Prezidentin rəhbərliyi ilə necə çalışdığını bütün dünyanın gördüyünü ifadə edə bilərik. Görünür, dünyanın gördüyünü bizim bəzi radikal çevrələr görə, idrak edə bilmir. Bir sözlə, respublikamızda təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur və konkret hakimiyyət bölgüsü vardır; müxtəlif dövlət orqanları, qurum və quruluşlar bir-birinin fəaliyyətini tamamlayır. 28 sentyabr 2016-cı ildəki referendiumdan, 11 aprel 2018-ci ildəki Prezident və 09 fevral 2020-ci ildəki parlament seçkisindən sonrakı şəkillənmə və yeniliklərlə dövlət orqanlarının fəaliyyətinin, koordinasiyasının effektivliyi daha da artıb.

Milli Məclisin necə çalışması barədə danışmaqsa mənimçün daha rahatdır. Çünki özüm də Milli Məclisin üzvüyəm, Məclisin işinə yaxından bələdəm. Məclisin istər say tərkibi, istərsə də tərkibin formalaşdırılması üçün tətbiq olunan mövcud seçki sistemi illər ərzində sınaqdan uğurla çıxıb və günün tələblərinə uyğundur.

Nələri xüsusi fərqləndirə bilərik?

- VI çağırış Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun, yüksək səviyyədə qurulması üçün zəruri addımlar atılıb, uğurlar əldə edilib;

- Milli Məclisdə islahatlarla yanaşı Məclis özü islahatlara töhfə verən bir mühüm hakimiyyət qolu kimi özünü doğruldub;

- 2020-ci ilin fevralındakı seçkilərdən sonra formalaşmış heyət ötən müddət içində qanunvericilik fəaliyyətində yaddaqalan bir dönəm keçirib. Özəlliklə Şuşa şəhərinin Mədəniyyət Paytatxı statusu ilə bağlı cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə göndərdiyi Qanun layihəsinin Komitələrdə və plenar iclaslarda müzakirələri, səsvermənin keçirilməsi hər birimizin deputatlıq fəaliyyətimizdə xüsusi hadisə olub;

- Beynəlxalq əlaqələr daha da intensivləşib. O cümlədən Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası (üçtərəfli) əməkdaşlıq formatının rəsmiləşdirilməsi ən yeni dövr tariximizin önəmli hadisəsidir;

- Vətəndaşlarla iş intensiv xarakter alıb, minlərlə vətəndaşın müxtəlif səpkili müraciətləri cavablandırılıb, istər məktubla bildirilmiş, istərsə biləvasitə görüşlərdə qaldırılmış problemlər öyrənilib, müvafiq qaydada həll olunub. Bu mənada, Məclis üzvlərinin fəallığının artırılması xüsusi qeyd olunmalıdır;

- Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələr daha da sıxlaşmışdır. Özəlliklə şəhid ailələri, yaralı qazilərlə bağlı, sosial müdafiəyə ehtiyacı olan seçicilərlə bağlı məsələlər Məclisin, Məclis üzvlərinin diqqətindən əskik olmamışdır;

- Bəllidir ki, ötən ilin martından qlobal pandemiya ilə mübarizə içindəyik. Bu mübarizədə ölkəmiz cənab Prezidentin mükəmməl rəhbərliyi ilə ümumdünya miqyasında yaddaqalan addımlar atmış, beynəlxalq humanitar təşəbbüslərlə seçilmişdir. Ölkə daxilində də mühüm addımlar atılmışdır ki, Milli Məclis istər qanunlara müvafiq əlavə və düzəlişlərin qəbulunda, istərsə, vətəndaşlarla iş sahəsində yaddaqalan işlər görmüşdür.

Hər bir Məclis üzvü, ali dövlət rəhbərliyinin fəaliyyətini bundan sonra da özü üçün örnək hesab etməkdə haqlıdır.

44 günlük Vətən Müharibəsi ilə əlaqədar görülən işlər – müharibə dövründə və müharibədən sonra, ikitərəfli, çoxtərəfli parlamentlərarası əlaqələr, qəbul edilən müxtəlif müraciətlər, bəyanatlar, qətnamələr Məclisin məsuliyyətli fəaliyyətinə sübutdur. Həmkarlarımın KİV-lərdə çoxsaylı məqalələri, müsahibələri, sosial mediadakı fəallıqları da bu yerdə minnətdarlıqla qeyd olunmalıdır. Bura ötən ilin iyulunda Tovuzda, dövlət sərhəddində baş vermiş döyüşlər vaxtı və döyüşlərsonrası görülən işləri də şamil edirəm.

Qalib ölkənin Milli Məclis üzvü olmaq nə qədər şərəflidirsə, bir o qədər məsuliyyətlidir. Çox şadam ki, tam əksər həmkarımız məhz bu şərəf və məsuliyyətin dərin fərqindədir.

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Tarix
2021.08.02 / 23:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla