Yuxarı

Kinorejissorlar Gildiyası mükafat təsis etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kinorejissorlar Gildiyası mükafat təsis etdi

Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə, audiovizual sahənin (kino və TV) inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədi ilə "Qızıl pəri" peşə mükafatını təsis edib.

Axar.az xəbər verir ki, müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliliyini təmin edən dərəcədə olmasından asılı olaraq müəyyənləşdiriləcək.

"Qızıl pəri" mükafatının nominasiyaları aşağıdakılar ola bilər:

1. ən yaxşı bədii film

2. ən yaxşı telefilm (və ya serial, müəllif verilişi)

3. ən yaxşı sənədli film

4. ən yaxşı cizgi filmi

5. ən yaxşı rejissor

6. ən yaxşı prodüser

7. ən yaxşı orijinal ssenari

8. ən yaxşı aktrisa

10. ən yaxşı aktyor

11. ən yaxşı operator

12. ən yaxşı rəssam

13. ən yaxşı bəstəkar

14. ən yaxşı debüt

15. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə

16. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə

Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.

"Qızıl pəri" mükafatının qaliblərini milli kinomuzun və televiziyamızın ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət olan Münsiflər Heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.

"Qızıl pəri" mükafatının ilk müsabiqəsi 2015-ci ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu bu il oktyabrın 1-nə qədərdir. Ətraflı məlumat və ərizə forması ilə www.audiovisual.az saytında tanış ola bilərsiniz.

Tarix
2015.07.11 / 02:10
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla