Yuxarı

Son nobelçi pul lazım olanda qanını satırmış

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son nobelçi pul lazım olanda qanını satırmış

Türkiyənin "Onedio.com" saytı ədəbiyyat üzrə sonuncu Nobel ödülçüsü Elis Manronun həyat yolunu araşdırıb və bəzi ilginc məqamlar üzə çıxarıb. Onları sizə təqdim edirik.

1. Qızlıq soyadı Leydloudur.

2. Müəllimə olan anası xəstələndikdən sonra üç uşağın ən kiçiyi olan on yaşındakı Elis kitablar dünyasına sığınmaya başlayıb.

5. Qərbi Ontario Üniversitetində jurnalistika üzrə bursu (təşkilatların qarşılıqsız ödədiyi pul.- red.) qazanan Manro dolanışığını təmin etmək üçün bəzən qanını satmağa və hətta tütün satmağa da məcbur olub.

6. İlk hekayəsi olan "Kölgənin ölçüləri"ni (The Dimensions of a Shadow) 1950-ci ildə şagird olanda çap etdirdi.

7. İlk həyat yoldaşı Cim Manroyla birlikdə Viktoria, Britaniya Kolumbiyasında bu gün hələ də fəaliyyətdə olan bir kitab evi açdı.

8. İkinci həyat yoldaşı, coğrafiyaçı Ceri Fremlin üniversitetdən keçmiş dostu idi. Cütlük yenidən qarşılaşanda üç qədəh martinidən sonra evlənməyə qərar verdilər.

9. Manro 2009-cu ildə "Buker" Beynəlxalq mükafatını qazandığında münsiflər heyətinin sədri Jan Smili məşhur yazıçının əsərlərini "qüsursuz" kimi qiymətləndirdi.

10. Nobel Ədəbiyyat mükafatını qazanan ilk kanadalı yazıçıdır. Ondan əvvəl Kanada doğumlu Sol Bellov bu mükafatı qazansa da, yazar 1941-ci ildə Nobel mükafatını qazanmasından iyirmi altı il öncə ABŞ vətəndaşlığı almışdı.

Tarix
2013.10.24 / 16:12
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla