Yuxarı

Evim yoxdur, yarımzirzəmidə qalıram - Əməkdar artist

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neçə illərdir ki, yarımzirzəmidə yaşayıram.

Kult.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında əməkdar artist, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanov deyib. Ömrünün çoxunun geridə qaldığını deyən aktyor bu yaşdan sonra ev ummadığını deyib:

"Artıq teatrda iş başlayıb, gələn həftədən rol aldığım tamaşalar repertuarda olacaq. Sənət adamı gərək səhnədə olsun. Bilirsiniz ki, evim yoxdur, yarımzirzəmidə bir otaqlı, rütubətli yerdə qalıram. Neçə illərdir ki, orada yaşayıram. Daha ev də ummuram, nə ömrüm qalıb ki… İki il bundan əvvəl evlə bağlı müraciət etmişdim, aidiyyatı qurumlardan növbəyə yazılmağımla bağlı cavab gəldi. Eybi yox, mənə ev lazım deyil, əsas şəhid ailələri və qazilərimizdir. Onlara 44 günlük qələbədən sonra ev verirlər, bunu eşidəndə sevinirəm, elə bilirəm ki, o ev mənə verilir”.

Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovdan da söz açıb:

"Konsertlər verir. Emilin heyranları çoxdur. İndi ancaq ailəsi və işi ilə məşğuldur. Şükürlər olsun bu günə. Mənə onun dəstəyi deyil, bir ata kimi xoşbəxtliyi lazımdır. Onun bu gününü görəndə kənardan bir valideyn kimi sevinirəm".

Qeyd edək ki, Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov bir neçə il bundan öncə həbs olunmuşdu. Müğənni 6 il azadlıqdan məhrum edilmişdi.

Tarix
2021.10.05 / 10:59
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla