Yuxarı

“Səhnədən səngərə: Qazilər” layihəsinə start verilir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Səhnədən səngərə: Qazilər” layihəsinə start verilir

44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda sağlamlığını fəda edən, xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadan qazilərimiz hər bir azərbaycanlının qəlbində taxt qurub. Qazilərimiz daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.

Tarixi zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Onlardan on nəfər qazilik zirvəsinə ucalıb.

Kult.az xəbər verir ki, adlarını Azərbaycanın tarixinə əbədi həkk etmiş bu igidlərin bütün ölkə ictimaiyyəti tərəfindən daha geniş tanınması məqsədilə Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinə start verir.

Qeyd edək ki, layihə çərçivəsində qazi mədəniyyət işçilərimiz haqda videoçarxlar hazırlanacaq. Onların 44 günlük müharibə müddətində göstərdikləri şücaət, ailə üzvləri, doğmaları, döyüş yoldaşları ilə söhbət və müsahibələrdən ibarət olacaq hər bir videoçarxda qazilərimizin mədəniyyət sahəsində fəaliyyəti, qəhrəmanlığı əks etdiriləcək.

Tarix
2021.10.19 / 18:02
Müəllif
Kult.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla