Yuxarı

Aida Eyvazlı Dövlət mükafatına layiq görüldü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxa Yakut Respublikasında keçirilən IV Beynəlxalq “Böyük qarın alqışı” poeziya festivalında araşdırmaçı və tərcüməçi jurnalist Aida Eyvazlı Göytürk də iştirak edib.

Kult.az xəbər verir ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Kareliya, Tatarıstan, Xakasiya respublikalarını, eləcə də Murmansk, Kalujsk, Moskva vilayətləri və Moskva və Yakutsk şəhərlərini təmsil edən şairlər iştirak edib. 2013-cü ildən sonra ənənəvi hal alan “Böyük qarın alqışı” festivalı yakut xalq şairi Natalya Xarlampyevanın rəhbərliyi altında keçirilir. Builki festival yakut xalqının klassik şairi Semen Danilova həsr olunub.

Festivalın açılışı münasibəti ilə Saxa Yakut Respublikasının mədəniyyət və mənəvi inkişaf naziri Yuri Kupriyanov iştirakçılarla birlikdə Semen və Safron Danilov qardaşlarının abidəsinin önünə çiçək dəstələri qoyub. Qonaqları salamlayan nazir Yuri Kupriyanov qeyd edib ki, festival hər il öz ətrafına dünyada sözə dəyər verən, sözü ilahi sayan şairləri və yazıçıları toplayır.

Daha sonra Saxa Yakut Respublikasının rəhbəri Aysen Nikolayevin VI Beynəlxalq festivalın iştirakçıları və qonaqlarına ünvanlanmış təbrik məktubu oxunub.

Festivalın ikinci günü Saxa Yakut Respublikasının baş nazirinin müavini ilə görüş keçirilib. Baş nazirin müavini Sergey Mestnikov “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa-Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasını dövlətin təməl prinsipləri olduğunu bildirib. Platon Oyunski, Semen Danilov, Mixail Amosov və digər yakut şair və yazıçılarının Azərbaycan, qırğız, macar, polyak, xakas, serbiya, monqol, qazax və s. dillərinə çevrilməsini alqışlayıb.

Daha sonra festivalın iştirakçıları Sayat Kamşıger, Zəki Əlibəyov, Yelena Petilyaynen, Rafis Kurban, Ruzal Muxametşin, Natalya Axpaşeva, İlya Vinoqradov, Vadim Teryoxin, Boris Lukin xatirə hədiyyələri və diplomlarla təltif olunublar. Festivalın fəxri qonaqları Azərbaycandan Aida Eyvazlı Göytürk və qırğızsıtanlı Altunay Temirova Platon Oyunskinin əsərlərini tərcümə etdiklərinə görə Saxa Yakut Respublikasının rəhbəri Aysen Nikolayevin sərəncamı ilə "Xalqlar arasında sülh və dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə" dövlət mükafatına layiq görülüblər. Mükafatı onlara Baş nazirin müavini Sergey Mestnikov təqdim edib.

Aida Eyvazlı Göytürk görüşlər çərçivəsində rəsmi dövlət nümayəndələrinə zəfərimizdən bəhs edən kitablar, ABAD-satış mərkəzində hazırlanan Qarabağla bağlı hədiyyələr və “Xarıbülbül” nişanını təqdim edib, eyni zamanda Qarabağ zəfəri haqqında qonaqlara və festival iştirakçılarına geniş məlumat verib, Qarabağ və şəhidlərimiz haqqında yazdığı şeirlərini səsləndirib.

Festival öz işini davam etdirir.

Tarix
2021.10.27 / 20:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla