Yuxarı

“Azərsun Holdinq”in rəhbərliyi 20 Yanvar şəhidlərini yad etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq”in rəhbərliyi 20 Yanvar şəhidlərini yad etdi

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Azərsun Holdinq”in rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Axar.az xəbər verir ki, ziyarət zamanı 1990-cı il 20 Yanvar hadisələri zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

Qanlı Yanvar gecəsində xalqımızın azadlıq iradəsini boğmaq məqsədilə törədilmiş bu faciənin ölkə tarixində silinməz iz buraxdığı bir daha xatırlanıb.

Qeyd edək ki, 20 Yanvar şəhidləri Azərbaycanın müstəqillik yolunda ilk qurbanları olmaqla yanaşı, milli azadlıq mübarizəsinin rəmzinə çevriliblər.

Onların göstərdiyi mərdlik və fədakarlıq bu gün də xalqımız üçün qürur mənbəyidir və gələcək nəsillərə örnək olaraq yaşayır.

Tarix
2026.01.20 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla