Yuxarı

Qurban Qurbanov "Qarabağ"ın iki məğlubiyyətindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov "Qarabağ"ın iki məğlubiyyətindən danışdı

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib.

Axar.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Bu gün iki oyun keçirdik. "Xarkov"la birinci matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz "Ferentsvaroş" da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm".

O, hazırlıq prosesindən razı qaldığını bildirərək, komandanın qarşıdakı vacib görüşlərə daha yaxşı vəziyyətdə çıxması üçün işlərin davam etdiriləcəyini qeyd edib:

"Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Futbolçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib matçlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışında ötən gün iki yoxlama oyunu keçirib. Komanda günün ilk yarısında Ukraynanın "Xarkov" (2:6), ikinci yarısında isə Macarıstanın "Ferentsvaroş" (0:1) kollektivinə uduzub.

Tarix
2026.07.02 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla