Yuxarı

Tər çox güclü dərman imiş...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tər çox güclü dərman imiş...

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tədqiqat nəticəsində tərin bakteriyalar üçün universal bir vasitə olduğu qənaətinə gəlinib.

"Təbiətin özü tərəfindən icad edilən insan tərindən başqa, ən davamlı bakteriyalar üçün daha yaxşı bir vasitə yoxdur. Tərkibində istənilən zərərli mikroorqanizmi məhv edə bilən bir maddə var", - deyə alimlər bildirib.

Sözügedən maddə zülal dermisiddir. Dermisid yalnız insan tərində aktivləşir: zərərli bakteriyaları öldürən, onların hüceyrə membranlarına nüfuz edən bir virus kimi çıxış edir.

Tərin əsas komponentindən istifadə edərək, həkimlər bakteriyalara qarşı müqavimət kimi ciddi tibbi problemi həll edə biləcək yeni nəsil antibiotiklər yaratmağı planlaşdırırlar.

Əvvəllər avstraliyalı tədqiqatçılar burun seliyinin bədən üçün əla qoruyucu vasitə ola biləcəyini irəli sürərək insanlara onu udmaqdan çəkinməməyi məsləhət görürdülər. Onlar deyirlər ki, udulduqda burun ifrazatı faydalı mikrofloranın aktivatoru kimi çıxış edir və nəticədə immun sistemini gücləndirir.

Tarix
2026.07.02 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla