Yuxarı

Azərbaycanda bu məhsullar bahalaşacaq - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu məhsullar bahalaşacaq - Siyahı

İntensiv və uzunmüddətli yağışlar kənd təsərrüfatına birbaşa mənfi təsir göstərərək məhsuldarlığın azalmasına, məhsul itkisinə və tədarük zəncirində problemlərə səbəb ola bilər. Nəticədə bazarda təklif azalır və bu da müəyyən məhsulların qiymətində artım riskini yüksəldir.

Axar.az xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Konkret.az-a açıqlamasında bildirib.

“Ən çox bahalaşma riski açıq sahələrdə yetişdirilən tərəvəzlərdə müşahidə oluna bilər. Xüsusilə pomidor, xiyar, bibər, badımcan, kartof, soğan və kələm kimi məhsullar güclü yağıntılara daha həssasdır. Əkin sahələrinin su altında qalması və məhsulun vaxtında yığılmasının mümkün olmaması bu məhsulların bazara çıxışını məhdudlaşdıracaq”, - o əlavə edib.

A.Nəsirli qeyd edir ki, meyvə məhsulları arasında albalı, gilas, ərik, şaftalı, gavalı və üzüm kimi mövsümi məhsulların da məhsuldarlığında azalma baş verə bilər:

“Davamlı rütubət meyvələrin keyfiyyətini aşağı salır, çürümə və göbələk xəstəliklərinin yayılmasını sürətləndirir ki, bu da satışa yararlı məhsulun həcmini azaldır.

Taxıl və yem bitkiləri də əlverişsiz hava şəraitindən zərər görə bilər. Bu isə uzunmüddətli perspektivdə un və çörək məhsullarının, eləcə də heyvandarlıqda yem xərclərinin artması səbəbindən ət və süd məhsullarının maya dəyərinə təsir göstərəcək. Bununla belə, bu təsirlər adətən tərəvəz və meyvələrlə müqayisədə daha gec hiss olunur.

Qiymət artımının miqyası yağışların davametmə müddətindən, zərərin coğrafiyasından, məhsul ehtiyatlarının səviyyəsindən və idxal imkanlarından asılıdır. Əgər daxili bazarda yaranan çatışmazlıq idxal hesabına operativ şəkildə kompensasiya edilərsə, qiymət artımı məhdud qala bilər. Əks halda, xüsusilə tez xarab olan meyvə və tərəvəz məhsullarında qısamüddətli, lakin nəzərəçarpacaq bahalaşma qeydə alınacaq”.

Tarix
2026.07.01 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla