Yuxarı

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki, son vaxtlar bu proses nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Akvatoriyanın əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşıda Xəzər ekoloji sammitində çıxış edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, hazırkı tendensiya davam edərsə, nəticələr fəlakətli xarakter daşıya bilər.

O qeyd edib ki, dayazlaşma problemi təkcə ekoloji ölçüyə malik deyil: "Dəniz səviyyəsinin aşağı düşməsi dövlətlərimizin maraqlarına birbaşa toxunur, sahilboyu rayonlarda insanların həyatına, iqtisadiyyata, nəqliyyata təsir edir. Biz sahil xəttinin necə geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanların və digər sahil infrastrukturu obyektlərinin fəaliyyətində problemlərin yarandığını görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində təkcə Xəzərin Azərbaycan hissəsində 30 min hektara yaxın quru sahəsi yaranıb".

Tarix
2026.10.09 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla