Yuxarı

Putinin vəfat edən dostunun milyardlıq əmlakları üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin vəfat edən dostunun milyardlıq əmlakları üzə çıxdı

Rusiyanın sabiq müdafiə naziri və Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlət başçısı Putinin yaxın dostu Sergey İvanovun ölümündən sonra ailəsinə məxsus olduğu iddia edilən milyardlarla rubl dəyərində əmlakla bağlı araşdırma dərc olunub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) mərhum Sergey İvanovun ailəsinə məxsus ümumi dəyəri təxminən 4,2 milyard rubl olan daşınmaz əmlak barədə araşdırma yayıb. Araşdırmaya görə, aktivlər arasında Moskvaətrafı Rublyovkada, Jukovka qəsəbəsində yerləşən və dəyəri 2 milyard rubldan çox qiymətləndirilən 2,7 min kvadratmetrlik malikanə, Dubaydakı W Residences kompleksində təxminən 480 milyon rubl dəyərində 926 kvadratmetrlik lüks apartament, həmçinin Moskvada bir neçə mənzil və Kalininqrad vilayətinin sahil zonasında torpaq sahəsi var.

FBK bildirir ki, Sergey İvanov 26 il dövlət qulluğunda çalışdığı müddətdə rəsmi olaraq biznes fəaliyyəti ilə məşğul olmayıb. Onun illik rəsmi gəliri bəyannamələrə əsasən 11–13 milyon rubl təşkil edib. Araşdırma müəlliflərinin fikrincə, ailəyə məxsus olduğu göstərilən daşınmaz əmlakın ümumi dəyəri sabiq məmurun rəsmi gəlirlərini dəfələrlə üstələyir.

Qeyd edək ki, Sergey İvanov bu həftə 73 yaşında vəfat edib. O, keçmiş SSRİ DTK-sında işlədiyi dövrdən etibarən Kremlin rəhbərliyi ilə yaxın münasibətləri olan şəxslərdən biri sayılırdı. İvanov uzun illər Rusiyanın müdafiə naziri və Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb, bir vaxtlar isə Kremlin mümkün varislərindən biri kimi göstərilirdi.

Tarix
2026.07.01 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

Prezidentin Çolpon-Atada rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla