Yuxarı

Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı

İxtisaslaşdırılmış gəmi Bakı limanından çıxaraq Qazaxıstanın Aktau limanı istiqamətində Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlverişli hava şəraitində sualtı kabelin çəkilişinin 15-20 gün ərzində başa çatdırılması planlaşdırılır.

Daha əvvəl Çində istehsal olunmuş və sınaqdan keçirilmiş zirehli optik kabel Kurık limanına çatdırılıb, sonra isə Bakıya daşınıb. Hazırda kabel tam olaraq kabel çəkən gəminin göyərtəsindəki xüsusi rezervuara yüklənib.

İşlərə 20 min tondan çox su tutumuna malik, dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş ixtisaslaşmış gəmi cəlb olunub. Göyərtədə 70 heyət üzvü, texniki nəzarət mütəxəssisləri və "Kazakhtelecom"un nümayəndəsi var.

Məlumata əsasən, layihəni Qazaxıstanın "Kazakhtelecom" SC və Azərbaycanın "AzerTelecom International" şirkəti tərəfindən yaradılmış "CaspiLink B.V." birgə müəssisəsi həyata keçirir. Kabelin Qazaxıstan və Azərbaycan hissələri artıq birləşdirilib, bütün optik xətlər sınaqdan keçirilib.

Mütəxəssislər dəniz işlərinə başlamamışdan əvvəl mühəndislik araşdırmaları aparıb, lövbər dayanacaqlarından və hərbi təlim zonalarından yan keçən marşrutu müəyyən edib, eləcə də ekoloji icazə alıblar.

Transxəzər Fiber-Optik Kabel Xəttinin 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Tarix
2026.07.31 / 10:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin iştirakı ilə iclas keçirildi

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Prezident buna görə Qırğızıstana təşəkkür etdi

İlham Əliyevin Japarovla təkbətək görüşü keçirildi

Prezidentin Çolpon-Atada rəsmi qarşılanma mərasimi...

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla