Yuxarı

Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər

"Gənclik Moll" Ticarət Mərkəzində keçirilən zombi şousu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tədbirdə uşaqlar qorxulu zombi obrazlarında qrimlənir, müxtəlif personajları canlandırır və əyləncə proqramında iştirak edirlər.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, belə tədbirlərin uşaqlara təsiri onların yaşından, temperamentindən və tədbirin necə təşkil olunmasından asılıdır.

“Bəzi uşaqlar bunu sadəcə oyun kimi qəbul etsələr də, xüsusilə kiçik yaşlı uşaqlar fantaziya ilə reallığı tam ayıra bilmədikləri üçün qorxu hissini real təhlükə kimi yaşaya bilərlər. Bu isə narahatlıq, güvənsizlik və emosional gərginlik yarada bilər. Bu cür tədbirlərin təsiri yaş qruplarına görə fərqlənir. 3-6 yaş aralığında olan uşaqlar qorxulu obrazları daha real qəbul etdikləri üçün onlarda təsir daha güclü ola bilər. Məktəb yaşlı uşaqlar bunun oyun olduğunu daha yaxşı anlayırlar, yeniyetmələr isə adətən bunu əyləncə kimi qiymətləndirirlər. Bununla belə, hər uşağın fərdi həssaslığı nəzərə alınmalıdır. Eyni tədbir bir uşaq üçün maraqlı, digəri üçün isə travmatik təcrübəyə çevrilə bilər", - o qeyd edib.

N.Orucov vurğulayıb ki, həssas uşaqlarda qorxulu obrazlarla təmas bəzən gecə kabusları, narahatlıq, tək qalmaqdan qorxma və valideyndən ayrılmaq istəməmə kimi hallara səbəb ola bilər. Bu əlamətlər uzun müddət davam edərsə və gündəlik həyata təsir göstərərsə, mütəxəssis dəstəyi almaq məqsədəuyğundur.

Psixoloq hesab edir ki, valideynlər övladlarını belə tədbirlərə apararkən onların yaşını və emosional xüsusiyyətlərini mütləq nəzərə almalıdırlar:

"Əgər uşaq qorxulu səhnələrdən narahat olur və ya əvvəllər buna oxşar vəziyyətlərdən mənfi təsirlənibsə, onu belə tədbirlərə aparmaq uyğun deyil. Tədbirdən sonra uşağın hissləri ilə maraqlanmaq, gördüklərinin sadəcə oyun olduğunu izah etmək və onu istəmədiyi halda bu cür tədbirlərdə iştirak etməyə məcbur etməmək vacibdir.

Təşkilatçılar da yaş məhdudiyyətini aydın şəkildə göstərməli, qorxu elementlərinin səviyyəsini uşaqların inkişaf xüsusiyyətlərinə uyğun tənzimləməli və valideynləri əvvəlcədən məlumatlandırmalıdırlar. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan tədbirlərdə həddindən artıq realist qorxu və zorakılıq elementlərindən çəkinmək lazımdır”.

Tarix
2026.07.02 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla