Yuxarı

"Ayntraxt"la oyun: Bu, bizə mane olan amillərdir!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ayntraxt"la oyun: Bu, bizə mane olan amillərdir!

Rəqibin düşərgəsində dəyişikliklər baş verdi. Bu, bizə mane olan amillərdir. Həqiqətən bizim üçün sürpriz dəyişiklik oldu. Fikirlərimiz bir qədər dəyişdi. Rəqib intizamlı, kifayət qədər təcrübəsi olan klubdur. Alman intizamı var. Biz azarkeşlərimizi sevindirməyə çalışacağıq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyimizə inanırıq.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı danışarkən deyib.

“Çox vacib oyundur. Hazırlaşmağa çox vaxtımız olmadı. Az bir vaxtdan səmərəli istifadə etdik. Maksimum çalışdıq ki, futbolçularımızı fiziki cəhətdən hazırlayaq. Bir yoxlama oyunu da oynaya bilərdik. Amma futbolçularım çox intizamlı idi. Əminliklə deyə bilərəm rəqibin müvəqqəti baş məşqçisi indi bizə qol vura bilməyəcək. Hər bir hava şəraitində meydanda oyunumuzu göstərəcəyik. Hər iki komanda üçün şərtlər eyni olacaq. Nəsə bir fərq edəcəyini düşünmürəm. Bizim üçün fasilə olduqca faydalı oldu. Futbolçuların yorğunluğunu azalda bildik. Bəzi oyunçuların mikro zədələri vardı. Bizim üçün faydalı oldu” - 53 yaşlı mütəxəssis qeyd edib.

Tarix
2026.01.20 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla