Yuxarı

Axar.Az Logo carnation

Şeyxə Şəhidlər Xiyabanında bu sualı vermək ayıbdır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyxə Şəhidlər Xiyabanında bu sualı vermək ayıbdır - Video

Sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Şəhidlər Xiyabanını ziyarət edərkən İranla bağlı sualdan yayındığını əks etdirən görüntülər yayılıb və dolayısı ilə Şeyx qınaq obyektinə çevrilib.

Allahşükür Paşazadənin iranpərəst olub-olmaması hər zaman müzakirə edilib: onun İrana xüsusi münasibət bəsləməsini də, 44 günlük savaş zamanı İranın olmayan “dəstəyi” haqda dediklərini də heç zaman unutmarıq.

Şeyxdən hazırda İranda baş verən proseslər haqda da soruşmaq olar - baxmayaraq ki, Şeyx siyasi müşahidəçi, politoloq və ya iqtisadçı deyil, çünki İranda baş verənlər daha çox iqtisadi-siyasi və sosial məsələlərdir, dini deyil. Ancaq məscidlər də yandırılıb və Şeyx buna münasibət bildirə bilər və s.

Başqa sözlə, tabu-qadağa yoxdur, sual vermək, rəy öyrənmək jurnalistin haqqıdır.

Amma 20 Yanvar qətliamının 36-cı ildönümündə, Şəhidlər Xiyabanını ziyarətə gələn Allahşükür Paşazadəyə məhz İranla bağlı sual vermək...

Videoya diqqətlə baxın: Şeyxi Azərbaycandakı digər dini icmaların rəhbərləri müşayiət edir, yəni ölkəmizdəki dinlərin təmsilçiləri bir yerdə 20 Yanvar şəhidlərini ziyarət edirlər, həmrəylik göstərirlər...

Şeyx də icma rəhbərlərinin əhatəsindədir və ona yaxınlaşan jurnalistə görə ayaq saxlayır, suala həvəslə cavab verməyə hazırlaşır - soyuğa və ziyarətçiləri gözlədəcəyinə baxmayaraq. Çünki Şeyx tamamilə ayrı sual gözləyir...

20 yanvar 1990-cı ili xatırlayan varmı? O günü, ondan sonrakı günləri, 22 yanvarda şəhidlərin milyonların iştirakı ilə əzəmətli dəfn mərasimini görənlər yaşamırmı?

Allahşükür Paşazadə 20 Yanvar faciəsi günlərində misilsiz cəsarəti, təşkilatçılığı və idarəetməsi ilə Azərbaycan xalqına ən böyük və tarixi xidmətini göstərdi - Şeyxdən başqa həmin vaxt bunu kimsə bacarmazdı. 19 yanvardan 20 yanvara keçən gecə sovet ordusunun hücumu və kütləvi qətliamdan sonra xalq hərəkatının rəhbərləri əsl şok yaşayırdı, sarsılmışdılar və özlərini itirmişdilər; xalq hərəkatının içində bir-birinə qarşı ittihamlar da vardı, parçalanmalar da; hərəkatdan heç kimsə belə məqamda xalqın önünə çıxmağı ağlına belə gətirmirdi - hadisənin təsiri bir yandan, xalqın sonsuz sualları digər yandan. Həmin vaxt milyonlarla insan bir çox suala cavab istəyirdi və bu sualların cavabını heç AXC də bilmirdi...

Məhz bu anda Şeyx önə çıxdı və qeyri-adi bacarığını ortaya qoydu: 20 Yanvar şəhidlərinin dəfni heç kəsin gözləmədiyi halda xalq birliyinin, xalq müqavimətinin, xalq həmrəyliyinin, xalq etirazının növbəti və heyrətamiz bir mərhələsinə çevrildi.

Şeyx bütün bunları idarə etməyi bacardı; Paşazadənin günlərlə ayaqüstə qalmağa, təşkilatçılığa, milyonlara xitab etməyə gücü, cəsarəti, qabiliyyəti çatdı.

O dövrü xatırlayanlar Allahşükür Paşazadənin bu misilsiz xidmətini heç vaxt unutmazlar.

20 Yanvar faciəsi günü 20 Yanvar faciəsi haqda danışmaq haqqı olanların başında gələnlərdən biri Paşazadədir. Şeyx bu haqqına görə sakitcə sualı izləyərkən tarixə güllə atıb, İrana boylanmağa qəti ehtiyac yox idi.

Yəni: 20 Yanvar faciəsinin ildönümündə, Şəhidlər Xiyabanında, başqa dinlərin nümayəndələrinin əhatəsində Allahşükür Paşazadəyə 20 yanvar 1990-cı il və şəhidlərin dəfni haqda yox, İranla bağlı sual vermək, çox yüngül formada desək, savadsızlıqdır, tarixi bilməməkdir, kəmfürsətlikdir, hər məsələdən intriqa qayırmaq cəhdidir və qeyri-peşəkarlıqdır.

Sözünüzün, özünüzün və sualınızın yerini bilin!

Tarix
2026.01.20 / 15:55
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşdü

Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq

İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

Əliyevdən Ermənistan açıqlaması: Bunu götürdük!

Yeni era başlayıb, indi güc qaydası idarə edir - Prezident

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla