Yuxarı

Azərbaycan-Qətər dostluq abidəsinin açılışı oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin paytaxtı Doha şəhərində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm etdirən “Qardaşlıq” abidəsinin açılış mərasimi keçirilib.

Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, Qətərin ən böyük və ən çoxölçülü mədəniyyət layihəsi hesab olunan “Katara” Mədəniyyət Şəhərciyinin çoxsaylı ziyarətçi qəbul edən guşəsində yerləşdirilmiş abidə Azərbaycan Respublikasının Qətərdəki səfirliyinin təşəbbüsü ilə azərbaycanlı heykəltaraş Novruz Musayev tərəfindən hazırlanıb.

Açılış mərasimində Qətərdə səfərdə olan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid əl-Suleyti, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov, həmçinin Qətərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, Qətərdəki Azərbaycan icmasının üzvləri və media nümayəndələri qatılıblar.

Səfir Rəşad İsmayılov və nazirin birinci müavini Elnur Əliyev tədbirdə çıxış ediblər və ardınca abidənin rəsmi açılışı baş tutub.

Bürüncdən hazırlanmış sənət əsəri bir tərəfində müasir Bakının göz oxşayan memarlıq incilərindən biri olan “Heydər Əliyev Mərkəzi”, digər tərəfində isə “Katara” Mədəniyyət Şəhərində yerləşən “Amfiteatr”ın işləndiyi ağac formasındadır. Sənət əsərinin gövdəsinə həkk olunmuş aypara ornamenti Azərbaycan və Qətərin eyni kökə - İslam mədəniyyətinə mənsub olduğuna işarə edir. Heykəlin üzərindəki sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və qazı simvollaşdırır.

Açılış mərasimindən öncə Elnur Əliyev “Katara” Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid əl-Suleyti ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişaf istiqamətləri müzakirə olunub. Sonda Elnur Əliyev baş direktora “Leyli və Məcnun” portretini hədiyyə edib.

Qeyd edək ki, “Katara” Mədəniyyət Şəhərciyi Qətərin özündə teatr və konsert zalları, sərgi mərkəzləri, musiqi akademiyası, incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri, eləcə də istirahət yerlərini əhatə edən ən məşhur turizm məkanlarından biri hesab olunur.

Daha öncə Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü ilə, 2021-ci ilin sentyabr ayında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan Respublikası ilə Qətər dövləti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsi məqsədilə “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında anlaşma memorandumu imzalanıb.

Tarix
2021.12.06 / 23:25
Müəllif
Kult.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla