Yuxarı

“Şah İsmayıl sünniləri qırırdısa...” – Polemika

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şah İsmayıl sünniləri qırırdısa...” – Polemika

Şah İsmayıl Xətai imamiliyi təbliğ edirdi.

Bu sözləri xətaişünas alim Mübariz Ağalarov Güntay Gəncalpın Şah İsmayıl Xətainin hakimiyyətdə olduğu vaxt bəzi kitabları qadağan etməsi iddiası haqda Axar.az-a danışarkən deyib:

"Tarixdə belə bir məlumat yoxdur. Ola bilər, Avropa mənbələrində buna rast gəlinsin. Amma bizim alimlərimiz belə bir konkret fakt aşkarlamayıb. Mənə elə gəlir, Güntay Gəncalpın dediyi elmi əsası olmayan bir məsələdir. Şah İsmayıl Xətai şiəliyi tənqid etdiyinə görə hansısa kitabı qadağan etməyib.

Deyirlər, guya Şah İsmayıl Xətainin sünnilərə qarşı aqressiyası olub. Bu da məntiqi cəhətdən düzgün deyil. Ona görə ki, 1516-cı ildə Sultan Səlim Təbrizi ələ keçirəndə 2000-dən çox alimi, sənətkarı İstanbula aparıb. Tədqiqatçılar sübut edib ki, həmin alimlərin əksəriyyəti sünni olub. Əgər o, sünniləri qırırdısa, sünni alimlərin Təbrizdə nə işi vardı?

Güntay Gəncalpın faktlarını biz Elmlər Akademiyasının Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsində araşdırmışıq. Onun heç bir istinad nöqtəsi yoxdur. Dediyi mənbələrə baxmışıq, dediyi istinadlar həmin mənbələrdə yoxdur, yalan deyir.

İki il bundan əvvəl, hələ Oqtay Əfəndiyev rəhmətə getməmişdən biz onun İsgəndər bəy Münşiyə, Şərifxan Bidlisiyə, Həsən bəy Rumluya verdiyi istinadları araşdırdıq, fars dilində olan orijinal mənbələrdə dediyi səhifələrə baxdıq, elə bir şey yox idi. Bu insan siyasətlə məşğuldur. Hansı məqsədlərə xidmət etdiyini deyə bilmərəm, amma dedikləri əsassızdır.

Güntay deyir ki, mən fars dilini bilirəm. Amma onu bilməlidir ki, orta əsrlər fars dili ilə müasir fars dili çox fərqlidir. O, İsgəndər bəy Münşinin kitabını oxuya bilməz. Bu insan, sadəcə, publisist yazardı. Bu sahəyə xüsusi tədqiqatçı lazımdır.

Ramiz Mehdiyevin də bu barədə xüsusi kitabı çıxdı, mövqeyini ortaya qoydu. Bizim elmi faktları qoyub hansısa ədəbiyyatşünasın dediklərinə inanmağımız doğru deyil. O, özündən çox şey çıxarar.

Şah İsmayıl Xətai imamiliyi təbliğ edirdi. Əmir Mahmud Xandəmirin kitabında da yazılır ki, Şah İsmayıl şiəliyi yox, imamiliyi göylərə yüksəltdi. Bu gün şiələr də, Türkiyədəki ələvilər də, hətta Hindistanda bir qrup insanlar var – onlar da imamidirlər. Şiəlik başqa şeydir, İmam Əli yolu ilə getmək başqa. Şiəlik bu gün İranda siyasiləşmiş bir təriqət sistemidir.

Bu məsələlər hamısı ortaya atılmış siyasi oyunlardır, bu da Azərbaycan dövlətçiliyinə ziyan vurmaq məqsədi güdür.

Deyirlər, Şah İsmayılın Azərbaycan türkcəsində məktubları yoxdur. Şəxsən mən araşdırmışam, Şah Abbasın Fərhad Paşaya məktubunu tapıb ortaya çıxarmışam. Külli miqdarda məlumat var bu haqda.

Babəkə də dinsiz, islamsız deyib ləkə yaxırlar. Halbuki bizim ərəbşünaslar araşdırıb ki, Babəkin dövründə olan Bəzz qalası məscid olub. Bu necə allahsız, dinsizdir ki, Bəzz qalasında Qurani-Kərimi təfsir edirmiş?

İran alimi Nəsrullah Fəlsəfi nifrətlə yazır ki, Səlcuqlardan bəri bütün müsəlman dünyasında fars dili hökmranlıq etdiyi halda Şah İsmayıl bu sistemi dağıtdı və Azərbaycan türk dilini dövlət səviyyəsinə qaldırdı.

Bu, Azərbaycan dövlətçiliyinə qarşı bir qısqanclıqdır. Güntay kimi adamlar da bunların əlinə keçir. Oqtay Əfəndiyevin, Şahin Fərzəliyevin, Yaqub Mahmudovun kitablarını oxumaq lazımdır".

Qeyd edək ki, araşdırmaçı yazar Güntay Gəncalp Feysbuk sosial şəbəkəsində Şah İsmayıl Xətainin hakimiyyətdə olduğu illərdə bir neçə kitabı qadağan etdiyini, bunların arasında şiəliyi tənqid etdiyinə görə Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"sinin də olduğunu yazıb.

Tarix
2015.09.05 / 08:45
Müəllif
Nigar An
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla