Yuxarı

Gəncədə “Əli və Nino” heykəli ucaldılacaq - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə “Əli və Nino” heykəli ucaldılacaq - Foto

Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq Əli və Ninonun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.

Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan "Əli və Nino" parkında yerləşəcək memarlıq əsərində beton-konstuksiya işləri aparılır.

Qurban Səidin müəllifi olduğu "Əli və Nino" əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək və kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.

Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.

"Bu heykələ baxanda iki alovun yanması anlamını verəcək. Sonrakı etapda "Əli və Nino"nun olduğu tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Bu da dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq", - "Əli və Nino" abidə kompleksinin memarı Cahid Həsənov deyib.

Bundan başqa abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarının damlalarını xatırladacaq. Layihəyə görə, "Əli və Nino" heykəli şərq üslübunda lakin modern formada olacaq.

Tarix
2015.09.07 / 15:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla