Yuxarı

Azdramada gərginlik: Azərpaşa etiraz etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 143-cü teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan teatrın yeni təyin olunmuş bədii rəhbəri – baş rejissor Azərpaşa Nemətov media nümayəndələrini salamlayıb:

"Hər kəsi salamlayıram. Bildiyiniz kimi, teatrın çətin günləri də olub, böyük uğurlar əldə etdiyi vaxtlar da. Amma biz yavaş-yavaş çətinlikləri geridə qoyacağıq. Teatrımıza yeni kadrlar, istedadlı aktyor və aktrisalar cəlb edəcəyik. Mən aktyor sənətini, aktyorları həmişə sevmişəm, hörmət bəsləmişəm. Özüm Ədil İsgəndərov kimi böyük aktyorlar görmüşəm. XX əsr kosmos və elmi nailiyyətlərlə yanaşı, rejissorluq sənətinin də inkişafı ilə bağlıdır. Xaricdə də əcnəbi rejissorlarla danışıqlar aparılacaq. Çalışacağam ki, sabah mən olmayanda "Azərpaşa müəllim bu işi gördü", – desinlər".

Azərpaşa Nemətov mətbuat konfransına teatrın direktoru İsrafil İsrafilovun nə üçün gəlməməsi ilə bağlı verilən suala cavab verərək məsələyə aydınlıq gətirdi:

"Bu, mənim mətbuat konfransımdır, "Azdrama"nın yox. Teatr haqqında da yalnız mən danışa bilərəm. Teatr Xadimləri İttifaqının da vəziyyəti heç kimi narahat etməsin. Hər şey əla idi, bundan sonra da əla olacaq. Gənclərlə də iş aparırıq. Biz teatr deyilik, ictimai qurumuq. Teatrdakı qalmaqalları həll etmək üçün müəyyən danışıqlar aparmışam. Bundan sonra elə problemlər olmayacaq. Bəzi tamaşaların repertuardan çıxarılması mənimlə bağlı deyil, mən burada olmamışam. Ona görə də bilmirəm. Yeni layihələrim var. Oktyabrın 3-ü "Qlobus" teatrı bura gəlir".

Baş rejissor bəzi tamaşaların repertuardan çıxarılması haqda verilən sualı da cavablayıb:

"Tamaşaların repertuardan çıxmasının bir səbəbi Yaşar Nurinin, Səyavuş Aslanın olmamasıdır. Bəzi aktyorların vəfat etməsinə, bəzilərinin isə yaşlanmasına görə müəyyən tamaşalar çıxarılıb".

Azərpaşa Nemətov İlham Əsgərovun ölümü ətrafında yaranan qalmaqallarla da bağlı fikirlər səsləndirib:

"İlham Əsgərovun ruhuna hörmət edin. Bu hadisəni oynadıb-oynadıb bir şey çıxarmayın. Deyirlər ki, dəfndə iştirak etməyə avtobus ayrılmadı. Biz hamımız oradaydıq, gedib başsağlığı verdik. Əliağa Ağayev, Telman Adıgözəlov kimi başqa aktyorlar da teatrdan götürülmədi. Burada nə var ki? Aktyorların İsrafilova qarşı olması məsələsinə gəlincə, mənim heç kimi müdafiə etmək fikrim yoxdur. Onu vəzifədə saxlayıb-saxlamamaq nazirliyin işidir".

Konfrans zamanı gərginlik də yaşanıb. Jurnalist İntiqam Valehoğlu mətbuat katibi Elçin Cəfərova iradını bildirib. O, katibi jurnalistlərə sual verməyə şərait yaratmamaqda ittiham edib.

Azərpaşa Nemətov isə ona verilən suallara görə etiraz edib:

"Mən elə bildim, məni tanıyan jurnalistlər mənim özümə uyğun suallar verəcək, amma belə olmadı. Suallarda qərəz görürəm, ona görə də cavab vermək istəmirəm!"

Jurnalist Xalidə Gərayevanın "Müəyyən dövrlərdə teatrın avtoritetləri olub, bəs siz özünüzü teatrın avtoriteti hesab edirsinizmi", - sualına xalq artisti Azərpaşa Nemətov belə cavab verib:

"Avtoritet başqa yerlərdə olur, teatrda deyil. Mən lotu deyiləm".

Mətbuat konfransı bu dəqiqələrdə başa çatıb.

Tarix
2015.09.11 / 16:16
Müəllif
Nigar An
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla