Yuxarı

Prezident təməl atdı və düz 1 il 1 ay 1 gün sonra…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şuşa İli"nin 28 Mayı bir başqaydı. Tarixi Zəfərdən sonrakı hər günümüz, hər bayramımız bir başqadır zatən. Builki 28 Mayı daha özəl qılan nəydi? Bayramdan bir gun öncə Böyük Qayıdışın ilk addımı atıldı! Müzəffər Ali Baş Komandan Zəngilanın Ağalı kəndində zəngilanlılarla görüşdü, onların doğma yurda dönüşünü Böyük Qayıdışın kiçik addımı adlandırdı. Ağalılar Müstəqillik Gününü öz doğma el-obalarında qarşıladı: abad və ağıllı kənd, yüksək səviyyəli yaşayış üçün hər cür ortam və qürur! Ağalıları ikiqat bayram münasibəti ilə bir daha təbrik edirik!

Bu il 28 May ilk dəfə öz əsl adı ilə bayram edildi: Müstəqillik Günü olaraq!

Bəli, xalqımız 28 Mayı uzun illərdir bayram edir, bu il isə yeni ad və daha dərin məzmunda bayram etdik! - Öz əsl mahiyyəti üzrə! Bayram işğaldan azad olunmuş torpaqlarımızda təməlatmalar, quruculuq fonunda kecirildi. Şuşa İlində Şusa Bəyannaməsi ilə və o mübarək Bəyannaməni imzalamış liderlərimizin iştirakı ilə qeyd etdik əziz bayramımızı!

“TEKNOFEST Azərbaycan”la süsləndu bu ilki 28 May!

Mübarək olsun!

Zəfərin bayramı, bayramın zəfəri bir başqa cür olur!

Prezident İlham Əliyevin mayın 27-də Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışındakı və “TEKNOFEST Azərbaycan”dakı nitqi vurğuladığımız məqamlar da daxil olmaqla, günümüzün, gələcəyimizin bütün dərinliyi və üfüqgenişliyi ilə izahı idi. Prezident yeni hədəfləri göstərdi, o hədəflərə yetişməkçün əldə olunmuş başarıları göstərdi, xəlqi qürurumuzun mənəvi əsaslarını şərh etdi. Qürura, Zəfərə, fəxarətə çox ehtiyacımız vardı. 44 günlük müharibə xalqımızın yüksək ləyaqətinin təsdiqi, uğurların uğur gətirdiyinin parlaq ifadəsi oldu. Bəli, biz əyilmədik, sınmadıq, güc topladıq və haqqın nazilsə də, üzülməciyini bütün dünyaya sübut etdik. Sübut etdik ki, Azərbaycan xalqı qəhrəman xalqdır, dövlətcanlıdır, vətəncanlıdır.

Ağalıya köçdən illər öncə Cocuq Mərcanlıya köç olmuşdu. Əlbəttə, biz dövlətimizə, Ali Baş Komandanımıza həmişə inanmışıq və bilirdik ki, Cocuq Mərcanlıda verilən vədlər gerçəkləşəcəkdir. Budur, tarixi Zəfər çalındı, sonra infrastruktur layihələr sürətlə, keyfiyyətlə icra olundu və işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə böyük ölçüdə keçid baş verdi. Biz ermənilərin vandalizmini unutmuruq, bizə vurduqları maddi ziyana görə təzminat ödəyəcəklər ancaq təzminatı gözləmədən, öz gücümüzlə, donora da ehtiyac duymadan qururuq-yaradırıq.

Bilirsiz, 30 illik ağır işğala 44 gün içində son vermək, dərhal da quruculuğa başlamaq hər dövlətin bacaracağı iş deyil. Ümummilli lider deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”

Bu sitat isə Prezident İlham Əliyevin Agalıdakı nitqindəndir:

“Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır!”

İqtisadi qüdrət, güclu ordu Zəfərin, Böyük Qayıdışın olmazsa olmazlarıdır. Digər mühüm komponentlərlə birgə bu olmazsa olmazları düşünən, planlaşdıran, həyata keçirən və uğur qazanan siyasi iradə var, lider var! O lider Ağalıdakı nitqi ilə ötən illərə yekun vurub, Böyük Qayıdışın ilk addımının necə gerçəkləşdiyini, daha nələrin necə və nə vaxt gerçəkləşəcəyini bildirdi.

Ağalıda təməlqoymadan cəmi 1 il 1 ay 1 gün kimi qısa müddətdə, xarüqələr yaradılıb. Ağalıdakı şəraitlə tanışlıqdan sonra Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam və digər şəhərlərimizin böyük sabahını təsəvvür edir və düşünürəm:

- Qarabağ, Zəngəzur Qafqazın cazibə mərkəzi olacaq!

- Oralarda yaşamaq, işləmək, təhsil almaq zövq verəcək, ömrü çağ, günü ağ edəcək!

Və istər-istəməz müqayisə yarancaq: həm işğal illəri ilə, həm də Ermənistan şəhərlərinin indiki durumu ilə! İşğalçı ilə qurucunun Qarabağa, Zəngəzura baxışının diametral fərqi bir yandan, Ermənistanın günu güzəranı digər yandan... düşüncəyə dəvət edəcək: işğal Ermənistana nə verdi? Ermənistanı müdafiə edənlər nöqtənin yarısı boyda haqlıydımı? Əsla! Bax, bunlar barədə ermənilərin düşunməsi lazımdır. Elə Xankəndi və çevrəsindəki ermənilərin də dərindən düşünməsi lazımdır. Onlara ləyaqətli həyatmı sərfəlidir, yoxsa qeyri-müəyyənlikmi, separatist zehniyyətin revanşist cəhdlərinin növbəti qurbanlığı olmaqmı?

Yenə Prezidentdən misal çəkək: “Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir”.

Bir azdan Ermənistan vətəndaşları öz bərbad həyatları, sınıq-salxaq kənd-kəsəkləri ilə, on-onbeş km.-likdəki işıqlı, abad, qaynar Azərbaycan şəhərtipli qəsəbələrinin açıq ara fərqini dördgözlə görəcək və öz hərbi-siyasi rəhbərliyinə bu fərqin mahiyyəti barədə sual etməyəcəkmi?

Əlbəttə, edəcək!

Faktdan basqa fakt yoxdur!

Dövlətimiz var olsun!

Tarix
2022.05.31 / 13:30
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla