Yuxarı

Nazir müavini: “Ödənişsiz təhsil yoxdur…”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcək.

Axar.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini Trend-ə müsahibəsində bildirib ki, "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən bu işlər mərhələli şəkildə davam etdiriləcək.

Lakin ödənişli plan yerlərinin 2016-2017-ci, yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi hələlik dəqiqləşməyib.

C.Bayramovun sözlərinə görə, ödənişli əsaslarla plan yerlərinin ləğv edilməsi o demək deyil ki, ondan sonra təhsil müəssisəsi istənilən sayda tələbə qəbul edə bilər:

"Bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə formalaşır. Bunlar dövlət sifarişi və ödənişli əsaslarla olan plan yerləridir. Dövlət sifarişi ilə bağlı vəziyyət aydındır. Burada dövlətin özünün prioritetləri var və müəyyənləşdirilir ki, hansı sahədə nə qədər mütəxəssisin hazırlanmasına ehtiyac var. Bu plan yeri üzrə qəbul olunan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir.

Cəmiyyətdə belə bir fikir var ki, ödənişli və ödənişsiz təhsil var. Amma ödənişsiz təhsil yoxdur. Sadəcə, bu təhsilin xərcləri dövlət tərəfindən ödənilir".

Tarix
2015.10.05 / 15:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla