Yuxarı

Övladlığa götürülən məşhurlar - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Övladlığa götürülən məşhurlar - Foto

Elə məşhurlar var ki, onlar müəyyən səbəblərdən öz valideynlərinin himayəsində böyüyə bilməyib. Hər bir şəxsiyyətin formalaşmasında əsas rolu ailə tərbiyəsi və valideynlərin oynadığını nəzərə alsaq, onda sözügedən şəxsiyyətlərin yetişməsində rol alan bu ögeylərin rolunu qiymətləndirməmək mümkün deyil.

Axar.az övladlığa götürülmüş məşhurları təqdim edir:

Bill Klinton

Uilyam Cefferson Klinton ABŞ-ın 42-ci prezidentidir. O, Franklin Ruzveltdən sonra Demokratlar Partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir.

Bill doğulanda atası artıq dünyasını dəyişibmiş. Bu səbəbdən anası Billi öz valideynlərinin himayəsinə verib.

Bir müddət sonra Billin anası Rocer Klintona ərə gedib və Rocer öz soyadını 15 yaşlı Billə verib.

Merilin Monro

Norma Cin Mortenson, yəni Merilin Monro XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biridir.

Monro günahlar şəhəri kimi tanınan Los Ancelesdə anadan olub. Onun bütün uşaqlığı yetimxanalarda və müxtəlif ailələrdə keçib. Monro 16 yaşında ilk dəfə ərə gedənə qədər bir çox ailə tərəfindən övladlığa götürülüb.

Con Lennon

Lennon məşhur "Bitlz" qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibidir.

Conun dörd yaşı olanda onun valideynləri – Culiya və Alfred boşanmaq qərarına gəlib. Tərəflər boşandıqdan sonra Condan imtina edib. Balaca Lennonu onun xalası övladlığa götürüb.

Stiv Cobs

Stiv Cobs tanınmış Amerika ixtiraçısı və biznesmeni, "Əpl"in yaradıcısıdır.

Stiv hələ körpə ikən onu uşağı olmayan bir cütlük övladlığa götürüb. Stiv Pol Cobsla Klara Cobsun soyadını daşıyıb.

Edqar Allan Po

Allan ABŞ yazıçısı, şairi, dramaturqu, naşiri və ədəbi tənqidçisidir.

O, aktyor ailəsində dünyaya gəlib. Po hələ uşaq ikən atası ailəsini tərk edib. Bir müddət sonra anasını da itirən Edqarı varlı bir tacir ailəsi övladlığa götürüb.

Tarix
2015.10.23 / 00:20
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla