Yuxarı

Prezidentin hədiyyə etdiyi əsərin mənası…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin hədiyyə etdiyi əsərin mənası…

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi rəsm əsərini Albaniya Respublikasının Baş naziri Edi Ramaya hədiyyə edib.

Kult.az üçün əsəri təhlil edən Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, sənətşünas Ziyarət Cabarova deyib ki, rəsm simvollarla zəngindir:

“Əsərdə əsas kompozisiya mərkəzi aşağıdan yuxarıya doğru çəkilmiş yeddi əsas iri budağa ayrılan, kökləri ilə dərinliyə gedən ağac fiqurudur. Ağacın simvolik olaraq 7 rəqəminə uyğun gələn budaqları və gövdəsi arasında təsvir edilmiş quşlar, ləçəklər, simvolik təsvirlər, stilizə olunmuş insan fiqurları, narlar və Allah yazısı diqqətimizi cəlb edir. Kökləri torpağın dərinliyinə işləmiş ağac eyni zamanda ənənələrin qədimliyi və torpağın əbədiliyi kimi də yorumlana bilər. Özünəməxsus işarələrlə kodlanmış əsərin əsas bədiiliyi onun süjetindəki təhkiyədir. Yəni rəssam fiqurların mövqeyini seçərkən tamaşaçıya düşüncə və öz hekayəsini də düşünmək imkanını yaradıb. Leyli və Məcnunu xatırladan bir-birinə sarılmış insan fiqurları, bolluq və bərəkəti simvolizə edən narlar, Allah yazısı digər fiqurlarla məcmu halında müəllifin incəsənətin əbədi mövzularından olan sevgi və nifrəti, gecə və gündüzü, xeyirlə şərin bir-birini izləməsinə yönəlmiş fəlsəfi düşüncələrinə eyhamdır”.

Sənətşünas qeyd edib ki, istifadə olunmuş ağ-qara rənglər əsərdə özünəməxsus ahəng yaradıb:

“Əsərdə kolorit baxımından əsasən ağ və qara rənglərin dominantlığı özünəxas bir rəng ahəngi yaradır. Eyni zamanda məhz süjetdəki təzadı da təkrarlamış olur. Bu uyarlı rəng ahəngində bir də kompozisiyada şaquli olaraq sağ və sol tərəfdə sıralanan altı ədəd narın qırmızı rənglərini görmək burada kəskin təzad yaradır. Qırmızı rəngin bu qədər təkrarlanması və yaratdığı təzad insanı psixoloji olaraq ani qərar verməyə, sanki öz başlamış olduğu hekayənin nəhayətinə varmağa təhrik edir.

Fiqurların düzülüşü, obrazların ülviliyi, saflığı, quruluş, poza və rəsmlərin plastik həlli onu məşhur rəssam Toğrul Nərimanbəyovun əsərlərinin mənəvi sferasına paralellər aparmağımız üçün əsas ola bilər.

Ümumilikdə isə əsər insana emosional təsir gücünü saxlayaraq, düşüncə, razılaşma, müəlliflə razılaşmama nüansları üçün əsas verir. Tamaşaçını düşündürür, eyni zamanda da öz nəcibliyi ilə sevgi və xeyirxahlığı, vicdanı simvolizə edir”.

Tarix
2022.12.09 / 10:28
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla