Yuxarı

Qapımıza qol vurulduqca nazir də xəcalət çəkirdi – Səfir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan milli komandasının İsveçə 5:0 hesabı ilə uduzması haqda yazan Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev maraqlı xatirəsini bölüşüb.

Kult.az xəbər verir ki, V.Quliyev bu hadisənin18 il əvvəl baş verən oyunu xatırlatdığını bildirib.

“Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə Prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

-Bu futboldur, - dedi: - Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

-Futbol boş şeydir, - deyə ürək-dirək verdi: - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox... - dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan.

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir”, - o bildirib.

Qeyd edək ki, 2004-2010-cu illərdə V.Quliyev Polşada səfir olub.

Tarix
2023.03.28 / 11:01
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla