Yuxarı

Arif Quliyev: “Dedilər, rəhmətə getmişəm”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanıram ki, yalan xəbər yayanların qarşısı alınacaq.

Bu sözləri xalq artisti Arif Quliyev yalan məlumat yayan jurnalistlər haqda Axar.az-a danışarkən deyib. Aktyor bu halların böyük fəsadlara səbəb olacağını bildirib:

"Yalan məlumat yayan mətbuat orqanları haqqında ölçü götürülsə, çox yaxşı olar. Yanlış məlumatlarla insanları narahat edirlər. Mənim də bir neçə dəfə başıma gəlib. Bir il bundan qabaq mənim haqqımda xəbər çıxmışdı ki, guya rəhmətə getmişəm. Bu yaxınlarda xəbər yayılmışdı ki, məni ağır vəziyyətdə xəstəxanaya aparıblar. Belə böyük yalan yazan jurnalist məsuliyyətə cəlb olunmalıdır.

Bəzən belə xəbərlər çıxır: "Mənbənin bildirdiyi məlumata görə" və ya "adının çəkilməsini istəməyən mənbənin bildirdiyi məlumata görə" - bax, elə bu sözə görə də cinayət işi qaldırılmalıdır.

Yəni mənbə adını vermirsə, sən kimsən ki, cürət edib onu yazırsan? Ya da ki, yazı yazırlar, altına imzalarını qoymurlar. Zəng edirlər müsahibə almağa, amma adlarını bildirmirlər. Baxın, siz nə gözəl zəng etdiniz, adınızı, soyadınızı, saytınızın adını dediniz, mən də bildim ki, kimlə danışıram. Bu işin qaydası da budur. Yoxsa adını gizlətsin, müsahibə alsın, sonra da nə istəyir yazsın, belə olmaz axı".

Tarix
2015.11.28 / 21:30
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla