Yuxarı

Xalq artisti: “Dedi, niyə qışqırırsan?”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı xalq artisti Firəngiz Mütəllimovadır. O, "Bəyin oğurlanması" filmində birgə rol aldığımərhum aktyorumuz Səməndər Rzayevlə bağlı xatirələrini bölüşür:

"Səməndər Rzayevi çox istəyirdim. O da məni. O vaxtlar çoxlu qastrol səfərlərində olmuşuq. Bizi yaxınlaşdıranNahid Hacıyevin "Məhəbbət yaşadır" tamaşası oldu. Orada mənim atam rolunda idi, bu tamaşa uzun müddət davam etdi. Böyük sənətkar olmağı ilə yanaşı, çox mehriban, uşaq qəlbli biri idi. Hələ də onun səsi qulağımdadır; əlini vururdu stola, deyirdi, "şapla gəlsin!". Onun səsləndirdiyi filmlərdə səsinin gözəlliyi bir daha görünür. Mən bir müddət Səməndər Rzayevin oğlu ilə işləmişəm. Ona baxanda hər dəfə atasını xatırlayırdım. Oğlu bir az çılğın idi, ancaq Səməndər daha sakitdi.

Bir dəfə qastroldaydıq. Böyük bir klub idi, camaat yığılmışdı. Mən də səhnədə qışqıra-qışqıra danışırdım. Səməndər astaca dedi ki, niyə qışqırırsan?! Onsuz da hələ heç kim, heç nə eşitmir. Rayon tamaşaçıları elədir ki, qəfildən sakitləşir. Nə vaxt sakitləşdilər,başlayarsan. Bir az öz aramızda danışırdıq ki, birdən doğurdan da qəribə bir sükut çökdü. Onda dedi: "Hə, başla!"Səhnə zarafatlarını elə edirdi ki, orada da ciddi olurdu. Sonra səhnədə bir söz deyirdi, hamı gülürdü, özü isə ciddi olurdu. Bu xüsusiyyət rəhmətlik Əliağa Ağayevdə də var idi. Çox heyf ki, böyük sənətkarlar vaxtından əvvəl dünyasını dəyişir".

Tarix
2016.01.14 / 08:15
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla