Yuxarı

Axar.Az Logo

Ağdamda 1800 illik iki qəbir tapıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Ağdam rayonunun Mirəşelli kəndində əkin sahəsində aşkar edilən qəbirlərə baxış keçiriblər. Ötən gün kənd sakini Ceyhun Kərimovun əkin sahəsini traktorla şumladan zaman aşkarlanan qəbirlərin biri daş-qutu, digəri torpaq qəbirdir.

Kult.az xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov Azərtac-a bildirib ki, aparılan ilkin araşdırmaya görə daş-qutu qəbir Qafqaz Albaniyası mədəniyyətinə məxsusdur və V əsrə aid olduğu güman edilir:

“Belə ki, həmin dövrdə dini baxışlar dəyişməyə başlamış və daş-qutu qəbirlər spesifik olmuşdur. Əraziyə baxış zamanı daş-qutu qəbirin yaxınlığında bir ədəd torpaq qəbir də aşkar edildi. İlkin ehtimala görə, bu qəbir də Qafqaz Albaniyası dövrünə aiddir. Mirəşelli kəndindən şimala doğru olan əkin sahəsində Qafqaz Albaniyasına aid nekropol olması ehtimal edilir. Hazırda hər iki qəbrin tədqiqatı davam edir. Qəbirlərdən götürülən nümunələrin müvafiq laborator analizlərinin aparılması nəzərdə tutulur. Gələcəkdə bu ərazidə arxeoloji tədqiqatlar aparılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıla bilər”.

Arxeoloq Zəki Cəfərov isə deyib ki, daş-qutu qəbir daxildən uzunluğu 190, eni 50 santımetr, skeletin boy ölçüsü isə 160-165 santımetrdir. Bu qəbirin hər tərəfi – altı, yanları, üzəri lay daşla örtülüb. “Qəbirin ətrafında qazıntı işləri aparılan zaman 2,5 metr şimala tərəf torpaq qəbir aşkar olunub. Qəbirin üzəri bir ədəd böyük ağac parçası ilə bağlanıb. İkinci skelet 180-190 santımetrdir. Hər iki qəbir Qafqaz Albaniyası dövrünə aid edilir. Qəbirlərdə heç bir əşya aşkar olunmayıb”, - deyə o əlavə edib.

Tarix
2023.11.15 / 19:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Naxçıvanın Qaz İstismar Xidməti ilə bağlı fərman

Pakistan baş nazirindən Azərbaycan açıqlaması

Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Fransada Azərbaycana qarşı ab-hava hökm sürür - Brön

İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

Bakı bu təşəbbüsdən dərhal imtina etdi – Səbəb

Sərhəd görüşünün əsas müsbət istiqaməti budur - Deputat

İcmadan Mirzoyana cavab: Siyasi əxlaqsızlıq...

5 prinsip əsasında sülh sazişi... - Qafarova

ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla