Yuxarı

Tolikin senzura şərtləri qalmaqalı böyütdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tolikin senzura şərtləri qalmaqalı böyütdü

Yeni kitabının çap olunması üçün sponsor axtaran yazıçı Seymur Baycana prodüser Tarix Əliyevin (Tolik) kömək etmək istəməsi neçə gündür ki, mətbuat və sosial şəbəkədə müzakirə olunur. Tolikin yazarın qarşısına şərt qoyaraq, sponsorluq etmək istəməsi yazıçılar tərəfindən birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, yazıçılar S.Baycana bu təklifi qəbul etməməyi məsləhət görüblər. Şair Zahir Əzəmət Qaynar.info saytına açıqlamasında qeyd edib ki, o, yazıçıya sponsorluq edə bilər:

"Əminəm ki, Seymur bu təklifi mədəni şəkildə rədd edəcək. Seymurun yetərli sayda dostları var ki, onun kitablarını heç bir senzura tətbiq etmədən çap edə biləcək. Biri elə mənəm".

Musavat.com məsələ ilə bağlı Seymur Baycanla əlaqə saxlayıb və Tolikin şərtli təklifinə münasibətini öyrənib.

"Mən Bakıda deyiləm. Tolikin sponsorluq mövzusu mənim üçün bağlanıb. Yazar dostlarım mənim əvəzimdən nə lazımdırsa, dedilər", - deyə yazıçı bildirib.

Tolik də öz növbəsində yazıçının fikirlərinə cavab verib:

"Allah onun dostlarının canını sağ eləsin. Dostları ona elə dayaq olsunlar ki, heç vaxt Seymur Baycan kitabının çap olunması üçün ictimaiyyətə müraciət etməsin. Onun yaxşı dostları vardısa, o sponsor axtarışına çıxmamış ona yardım edərdilər. Lakin mən sponsor olacağımı deyəndən sonra onlar qeyrətdən dəm vurdular, hamısının mənəviyyatı ortaya çıxdı, məsləhətçi oldular. Mən kitabın işıq üzü görəcəyi günü gözləyəcəyəm. Çalışacağam ki, kitabı ilk pul verib, özüm alım. Gözləyirəm, görüm hansı dostu ona kömək edəcək".

Qeyd edək ki, Tolik "Əgər o kitab müxalifətyönlüdürsə, mən onda yoxam. Yox, əgər o kitab öz həyatından bəhs edirsə, ya da ki, hansısa roman, poemadırsa, onda mən kömək edəcəyəm. Mən Azərbaycanı sevən biriyəm", - deyə Seymur Baycanın qarşısına sərt qoyub.

Tarix
2016.03.03 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla