Yuxarı

Əsəd Cahangir: “O, mənə də mane olub, amma...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd Cahangir: “O, mənə də mane olub, amma...”

Bəzi qalmaqal axtaran saytlar tərəfindən qızışdırılan 80-cilər nəslinin nümayəndələri "Mövlud Süleymanlı filan vaxt mənim dərcimə mane oldu" qəbilindən yazılar dərc etdirirlər.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış tənqidçi Əsəd Cahangir rəsmi Feysbuk səhifəsində xalq yazıçısı Mövlud Süleymanlı ilə yazıçı Aslan Quliyev arasında yaranmış qalmaqal haqda yazıb. O, Mövlud Süleymanlının onun özünə də mane olmaq istədiyini bildirib:

"Mövlud Süleymanlı bir vacib məsələdə mənə də mane olmaq istəyib. Özü də haqlı olaraq. Çünki indiyə qədər bu cür qeyri-adi istedada malik yazıçıdan yazmamışam, onu görməmişəm. Demək, onun da məni görməmək haqqı var. Ədalət istəyiriksə, özümüz də ədalətli olaq. Özümüzdə də səhv axtaraq. Mövlud məsələsində mən bu səhvimi axtardım və tapdım".

Aslan Quliyev də öz növbəsində Əsəd Cahangirin bu sözlərinə Feysbuk səhifəsində cavab verib:

"Əsəd bəy, obyektiv ol, ədalətli ol, bu kimi məsələlərdə öz fikrin olsun, yoxsa günlərin birində artıq sənin fikirlərini, yazdıqlarını ciddiyə alan olmayacaq. Başa düşmürəm, Mövlud Süleymanlının özünə nə gəlib, niyə çıxıb cavab vermir, bu işi sənə həvalə edir? Mövludun 80-cilərin, o cümlədən, o nəslin nümayəndəsi olan mənim də çapıma mane olması haqda yazını mən yazmışam. Yadında saxla, nə biriləri, nə saytlar məni qızışdıra, kiməsə qarşı haqsızlığa təhrik eləyə bilər! Bu cür əsaslandırılmamış mövqedən, sənə tanış olmayan, içində olmadığın mövzudan bu cür birtərəfli çıxış edirsənsə, bu sözləri ilk növbədə özünə aid eləməlisən.

Qaldı mənim yazıma, Allah şahiddir, bircə cümləsində belə yalan yazmamışam, haqsızlıq eləməmişəm. Bu adamı ümid yeri, gözəl yazıçı, ədalətsizliyə qarşı çıxan birisi zənn eləyib yanına getdim, özü dərc eləmədi, başqalarının dərc eləməsinə də bütün vasitələrlə mane oldu! Sona qədər! İndi nə yazım, yazım, sağ olsun, qarşımda yaşıl işıq yandırdı? Biriləri bir iş görər, boş şeydir, zamanla unudulacaq deyə, düşünərlərsə, yanılarlar. Həyatda heç nə unudulmur - pislik də, yaxşılıq da! Səni necə başa düşək, yazıçı səkkizinci onluğu xırdalayır, sənin kimi tənqidçi indiyə kimi onu görə bilməmişdi, qeyri-adi istedadından xəbərsizdir, amma bu söhbət ortalığa düşən kimi də M.Süleymanlını kəşf elədin, qeyri-adi istedadından xəbər tutdun? Heç olmaya indi qızışdırılanın kim olduğunun və niyə qızışdırıldığının fərqində oldunmu?"

Qeyd edək ki, Aslan Quliyev yazısında 80-ci illərdə Mövlud Süleymanlının onun əsərlərinin çap olunmasına müxtəlif vasitələrlə mane olduğunu yazıb.

Tarix
2016.03.18 / 14:10
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla