Yuxarı

Kamranın Samirə qarşı iddiası rədd ediləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamranın Samirə qarşı iddiası rədd ediləcək

Kamran Həsənlinin iddiası məhkəmə tərəfindən təmin olunmayacaq.

Bu sözləri vəkil Müzəffər Baxışov müğənni Samir Piriyevin aparıcı Kamran Həsənlinin səs qeydini yayması ilə bağlı hüquq mühafizə orqanlarına müraciətini şərh edərkən Axar.az-a deyib. O, Samir Piriyevin qanuna uyğun hərəkət etdiyini bildirib:

"Ortada cinayət hadisəsi var. Buna görə də Samir Piriyev səs qeydini yayıb. O telefon danışığındakı tərəflərdən biri Samir Piriyev özü olduğu üçün burada heç bir qanun pozuntusu yoxdur. Əgər Samir Kamranın başqa bir adamla olan danışığını yaysaydı, bəli, burada qanun pozuntusu olardı. Amma özü ilə olanı yayımladığına görə heç bir səhv hərəkətə yol verməyib. Ona görə də məhkəmə Kamran Həsənlinin Samir Piriyevə qarşı qaldırdığı iddianı təmin etməyəcək".

Xatırladaq ki, bir müddət əvvəl S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb. Bundan sonra Samir Piriyev Kamran Həsənli ilə səs yazılarını mətbuatda yayıb. Kamran Həsənli isə bunun qanuna uyğun olmadığını bildirərək, Samir Piriyevdən hüquq mühafizə orqanlarına şikayət edib.

Tarix
2016.03.30 / 13:44
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla