"Cəbhə xətti" layihəsində
Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağı
Babayev Qurban Həsənağa oğludur.
1945-ci il iyun ayının 1-də
Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra,
Azərbaycan Bədən Tərbiyəsi İnstututunda təhsilini davam etdirib.
İki dəfə boks üzrə Azərbaycan çempionudur. Sonradan təhsilini
yarımçıq qoyur. Lifon Çanq adlı veytnamlıyla tanış olub, 1968-ci
ildə Vyetnama gedərək orada iki il "aikicitsu" döyüş növünü
öyrənir. Sonradan vətənə dönərək 1972-ci ildə ali təhsilini
bitirir. Moskvada əlbəyaxa döyüş üzrə Avropa çempionatında iştirak
edir, birincilik qazanır. Qara kəmər sahibidir. Ehtiyatda olan
polkovnikdir. Aldığı 145 manat təqaüdlə dolanır.
- Cənab polkovnik, Qarabağ
savaşı sizinçün haradan başladı?
- Məni hələ çox əvvəldən kəşfiyyata qəbul etdilər. Leytenant
kimi 1974–cü ildə xidmətə başladım. Sonralar müxtəlif yerlərdə
xidmət etdim. Nəhayət, 1989-cu ildə Əfqanıstana göndərildim. Oradan
ölkəmizə hədiyyə kimi silah gətirməli idim. Çətin də olsa, bu
tapşırığı yerinə yetirdim. 1990-cı ildə bir qrup döyüşçü ilə bizi
Xankəndinə, o vaxtkı Stepanakertə göndərdilər. Tapşırıq verilmişdi
ki, Azərbaycan bayrağını oraya sancmalısınız. Mən dörd nəfərlik
kəşfiyyat qrupumla Azərbaycan bayrağını şəhərin ən yüksək yerinə
sancdım. Ermənilər çox qəddarlıq edirdilər, bizim milləti
öldürürdülər. O gecə gəlib bayrağımızı qopardaraq parça-parça
elədilər. Səhəri gün qeyri-bərabər döyüşdə 35 ermənini məhv edərək
bayrağımızı yenidən ən yüksək yerə sancdıq. Bundan sonra şəhəri
Xankəndi kimi tanıtdıq. Onlar olduqca qorxaq və alçaq millətdir. Bu
torpaqlar bizimdir. Ermənilər bir azərbaycanlı öldürəndə, əvəzində
10 erməni öldürürdük. Bilirsiz, biz o ərəfədə çox işlər gördük,
bəzi şeylər sirr olduğu üçün açıqlaya bilmirəm.
Xocalıda olurduq. Amma bütün Qarabağ bölgəsinə yardım etməyə
çalışırdıq, bu bizim işimiz, vətənimizə xidmətimiz idi. Belə də
olmalı idi. Xocalıyla Xankəndinin arası iki kilometr idi. Onlar
bizimkiləri asanlıqla vururdu. Belə olan halda mən də dəstəmlə
düşməni məhv edirdim. Xocalının icra başçısı vardı, Elman Məmmədov,
bizə çox yardım edirdi. İçərimizdə Andrey adlı bir ukraynalı vardı,
ermənilərdən zəhləsi gedirdi, mən ona Ağ Türk deyirdim, yaxşı
döyüşçü idi. Xocalıdan iki kilometr uzaqda Zori Balayanın doğulduğu
Kətiğ kəndi vardı. O kənddən erməni snayperi Andreyi qolundan
vurdu. Həmin kənd meşənin içində yerləşirdi. Zori Balayan da orada
olurdu. Qərara gəldim ki, ora hücum plan hazırlayım.
Özümlə 200 ədəd çay stəkanı götürdüm, içərilərinə F-1 əl
qumbaraları qoydum. Bu "limonka"ların iynəsini çıxarandan 6-7
saniyə sonra partlayır. Qumbaraları stəkana qoydum ki, onlar orada
sıxılır, partlamır, yerə dəyəndə isə qırılır, partlayış baş
verirdi. Plana uyğun olaraq helikopterlə həmən kəndin üstünə
qalxaraq oradkı erməni terror dəstəsinin oldugu yerlərə, yəni kəndə
atdıq. Kənd bəlkə də bir ay yandı. Ən azı 100 ermənini də məhv
etdik.
Silva Kaputikyanı oğurladıq
Bir xatirə də danışım: Xankəndinin mərkəzində iki mərtəbəli
binada "Sovetski Karabağ" qəzetinin redaksiyası yerləşirdi. Erməni
yazıçısı Silva Kaputikyan orada gizlənirdi. Onu "Alfa" qrupunun 5
nəfərdən ibarət üzvü qoruyurdu. Ora girmək çox çətin idi. Bir gün
səhər üç nəfərlə oraya girmək üçün əməliyyat hazırladıq. Onlar hər
səhər idman etmək üçün həyətə düşürdülər. Fürsətdən istifadə edib
içəriyə daxil olaraq onu oradan götürdük. Həmən dəstəni də məhv
etdik. Kaputikyanı gətirdik gizli bir yerə, lazım olan məlumatları
aldıq. Bu əməliyyatlarda rəhmətlik Əlif Hacıyev bizə çox kömək
edib.
12 nəfəri öldürüb deputatı əsir götürdük
Bir xatirəni də danışmasam olmaz. Demək, Ermənilərin bir "Krunq"
terror təşkilatı vardı, təşkilata Boris Vartanoviç Dadayan
rəhbərlik edirdi. O, Xankəndində yaşayırdı, həm də deputat idi.
Başının dəstəsilə bizimkilərə zülm edirdi, öldürürdü. Tapşırıq
gəldi ki, onu aradan götürmək lazımdır. O bölgədə iki Kərkicahan
adlı yaşayış məskəni vardı. Birində ermənilər, o birində bizimkilər
olurdu. Həmin adam məktəbdə qalırdı. Ora vertolyotla gizli gəlirdi
ki, bizimkilər onu görməsin. Bizim də bir rusu oraya qoymuşduq ki,
oradakı vəziyyəti bizə çatdırsın. O bizim agentimiz idi. Bizə
məlumat verdi ki, Dadayan burdadır, onu 12 nəfər qoruyur.
Mühafizəçilər səhər idmana gedəndə bu otaqda tək qalır. Səhər saat
altıda oraya gəlib, güdməyə başladıq. Mühafizəçilərı məşqə çıxan
kimi hərəmiz əlimizə bir qumbara aldıq, atdıq mühafizəçilər olduğu
yerə, hamısı öldü. Deputat qaçmaq istədikdə imkan vermədik. Onu
götürüb gəldim. Mənə, "mən deputatam, toxunulmazam", - dedi. Buna
dedim ki, sən orada deputatsan, burada isə heç kimsən. Mənim kim
olduğumu soruşdu, dedim ki, sənin əzrayılınam. Və qoymaram ki,
mənim millətimi incidəsən, öldürəsən. Nə isə, onu da öldürdük.
Bundan sonra ara sakitləşdi, camaat rahat nəfəs aldı.
527 erməni öldürmüşdüm
Amma "Asala" teror təşkilatının o bölgə üzrə Janna adlı rəhbəri
vardı. Demişdi ki, güya məni tutsa tikə-tikə edəcək. Mənə bir səhər
məlumat gəldi ki, 53 nəfər aslaçı meşəlikdə bir restoran var, ora
yığışacaq. Biz də iki "stinger" silahı götürüb deyilən yerə gəldik.
Gözlədik, onlar dəmləşən kimi restoranı partlatdıq, bunlar da belə
məhv oldu. O vaxtlar 527 erməni öldürmüşdük. Ağdam bazarında bir
erməni qulağını 15 manata satırdım. Nə var əli-qolu baglı erməninin
qulağını kəsməyə, mən üz-üzə tutduğum ermənilərin qulağını
kəsirdim. Bir dəfə də tək başıma üç yekəpər erməninin başını suya
soxub boğmuşam.
- Cənab polkovnik, siz orada
olan vaxtlar evliydiz, övladlarınız vardı. Ailənizə, sizə çətin
deyildi?
- Ən böyük ailə vətəndir. Torpaqdır, millətdir. Mən orda,
döyüşdə olmalıydım və oldum da. Vətən, torpaq olmadıqdan sonra
mənim üçün heç nə yoxdur. Əlbəttə, o vaxtlar aclıq idi, çətin idi.
Amma nə edək, bu bizim işimiz idi. Öncə Azərbaycan, sonra oğlum,
qızım, ailəm. O vaxt oğlumun, qızımın yaşı çatsaydı, ola bilsin
onlar da döyüşərdilər. Rəhmətlik Əlif Hacıyevlə birlikdə çox
xidmətimiz olub Qarabağda. Bizdə xanım kəşfiyyatçılar da vardı,
işimiz belə idi ki, biz bir-birimizi tanımırıq. Elə xanımlar var
ki, kişilərdən qeyrətli, ürəkli idilər. Bir dəfə biz 4 nəfərlə
kəşfiyyata getdik, məlum oldu ki, ermənilər Şuşaya hücuma keçir.
Atışma oldu, Füzuli adlı kəşfiyyatçımızı yaraladılar. Uşaqlara
dedim ki, siz bunu aparın, mən burda tək qalıram. Təsəvvür edin,
iki tank gəlir, mən də qalmışam tək. Xoşbəxtlikdən döyüş məzarlıqda
idi. Bir boş qəbirə düşdüm, düz iki saat orda qaldım, elə bildilər
ölmüşük. Atəşi kəsdilər. Axşam oradan çıxıb gəldim Xocalıya.
Yaralanan kəşfiyyatçımız rəhmətə getdi.
Nəhayət, 1993-cü ildə Bakıya gəldim. Artıq Cəbhə hakimiyyətə
gəlmişdi, İsgəndər Həmidov məni erməni hesab edib həbs etdirdi.
58–ci maddəylə bir il yatdım. Amma bizim işimiz elə işdir ki, heç
anam, atam belə ölənə kimi mənim kim olduğumu bilmədi. Atam ölənə
yaxın bir az nəsə hiss etmişdi. Soruşanda ki, haradasan, deyirdim,
idmançıyam da, dünyanı gəzirəm, çempionatlara gedirəm. Bir tək
yoldaşım bilirdi, o da lal kimi oturmuşdu evdə.
- Savaşdan sonra mülki həyatda nələr oldu?
- Ordudan sonra həbsə düşdüm. Çıxandan sonra idman müəllimliyi
ilə məşğul oldum. Allah dolandırdı məni. Tək bildiyim odur ki, mən
bu gün də əmr gözləyirəm ki, hamıdan qabaqda döyüşə gedim.