"Toyxana" layihəsində
Nazilə Səfərlini şair kimi tanımışdım. Yaradıcılığı ilə ötəri
tanışlığım haqqında danışmağa, söz açmağa imkan verə bilərdi. Lakin
sonradan bu xanımın başqa keyfiyyətlərini də gördüm. O, toylarda
aparıcılıq edirdi. Ziyafətlərdə, yubiley tədbirlərində, xınayaxdı
məclislərində ağbirçək olurdu.
Bızdə çirkinə də gözəl deyirlər
Nazilə xanımla "Sevgi etirafı" layihəsi üçün söhbət etmək
istəsəm də, söhbətimizin davamı "Toyxana" layihəsinin mövzusu oldu.
Xanım aparıcı təklifimi tərəddüdsüz qəbul etdi, amma "Sevgi
etirafı" sözümü bir qədər çaşqınlıqla qarşıladıq da:
- Nazilə xanım, gözəl xanımsız və düşünürəm ki, sizin
üçün bu etirafları eşitmək adi haldır. Həm də söhbətimiz niyə də
alınmasın ki, axı mənim də soyadım Səfərlidir, - zarafat
etdim.
Gülümsər çöhrəsinə daha da şirinlik gətirən təbəssüm
yayıldı:
- Qohum olarıq a, bırdən. Soyadımız eynidir, - sonra suala cavab
verdi, -Gözəllik dediniz? Hə? Bızdə çirkinə də gözəl deyirlər. Odur
kı, bu söz dəyərdən düşüb.
- Yəni siz burda təvazökarlıq etdiniz də...
Deyirəm və ürəyincə olur.
- Amma deyəsən Tanrının verdiyi gözəlliyə əl gəzdirbsiz,
estetik əməliyyat etdirmisiz...
- Burnumu 3 ıl öncə əməlıyyat etdirdim. Həm havam çatmırdı –
çəpər əyrisi vardı, həm də plastik əməliyyat etdirdim. Necə bəyəm,
olmaz?
Evlı qadının sevgı etirafı
- Yox, niyə ki, siz hər iki görünüşdə yaraşıqlı və
gözəlsiz. Deyin sevgiyə münasibətiniz necədir?
- Evlı qadının sevgı etırafı? - gülərək soruşur.
- Hə, olmaz ki?
- Olar. Hər gün etıraf etsən də, sevgi azalmaz.
- Dediniz ailəlisiniz. Xoşbəxt olun. Siz şairəsiz həm
də.
- Dörd kıtabım çıxıb.
- Şeirlərinizin bəzisi ilə tanışam. İsti sevgidən də
yazıbsız, bu şeirlər ünvanlıdırmı?
Sevgılərdə, həsrətlərdə yaşayaram
- Xəyalımın ünvanları tükənməz, sevgılərdə, həsrətlərdə
yaşayaram...
- Həsrət dediniz, kimin həsrətidir sizə yazdıran o
şeirləri?
- Dedim axı. Obrazlı yazıram. Roman yazan özünün taleyini yazmır
ki, qəhrəman yaradır.
- Amma bütün hallarda, yazılarda müəllifin özü,
yaşantıları olur.
- Xəstənin halından xəstə anlayar…
- Niyə özünüzü sevgidən bəhs edəndə xəstə kimi gördünüz?
Nakam bir eşq yaşamadız ki?
- Misal çəkdim də, xəstə deyiləm, fəqət eşq atəşi insanı xəstə
etməsə, yandırmasa yaşatmaz da.
- Naziləyəm, dərilmişəm,
Yar köksünə sərilmişəm, - deyirsiz. Bu misralar
oxucuya əslində dərildiyiniz insan tərəfindən yox, əlçatmaz olan
birisinin qəlbinə, köksünə "sərilməyinizdən" xəbər verir,
yanılmıram ki?
- Bəli. Burada fikir aydındır.
- Demək nakam bir eşqin yolçususuz...
- Dərilmişəm, artıq kama yetən eşqdir.
Jurnalistdən çox müstəntiqə oxşadınız
- Sizə bu gün də eşq elan etmək istəyənlər az
olmaz?
- Arxadan atılan daş arxaya dəyər, topuğa yox, – yenə də gülür.
- Jurnalistdən çox müstəntiqə oxşadınız.
- Yox, müstəntiq deyiləm, sadəcə, səmimi söhbət etməyi
sevirəm. Nazilə xanım, sizə bu mövzuda söhbət çətindirsə etməyək,
axı burada etiraflardan bəhs edəcəyik, sizə və sizin kiməsə olan
sevgilərin etirafından.
- Mən öz yoldaşımla düz 18 ildir ki ailəliyəm. Sevgi yoxdursa,
nə məcburdur bu yolda yürümək?
Söhbətin mövzusunu dəyişirəm. Hiss edirəm ki, sevgidən danışmaq
ürəyincə deyil. Axı tanınan simadır.
Mey məclisini heç sevmirəm
- Siz el şənliklərini idarə edirsiz, bir xanım olaraq bu
çətin deyil ki?
- Əvvəl çox çətin idi, indi yox. İndi yurdumun gözəl, ziyalı
xanımlarının ziyafətində aparıcılıq edirəm. Əvvəl kişi toyları da
olurdu. Onda çətin idi, mey məclisini heç sevmirəm.
- Həm də deyəsən xınayaxdıları, nişan
mərasimləri.
- Bəli.
- Kişi məclislərini idarə etmək hansı zərurətdən irəli
gəldi, yəni toylar bir iş olaraq, yoxsa elə sözünüzü, özünüzü
tanıtmaq istəyi?
- Dəvət almadığım heç bir yerə getmirəm. Şeirləri tanıtmaq üçün
media var. Toy elin adəti, intizarın təzahürüdür. Yaradıcılıq
gecəsi deyil axı. Şeir də deyəndə kəm-kəm deyirəm ki, hörmətdən
salmayım.
- Neçə yaşınızdan toyları idarə etdiniz?
- 18 ildir ki məclislərdə aparıcılıq edirəm.
Sirr açım sizə?
- Yoldaşınız sizi harada gördü bəyəndi? O, sizin
şairliyinizə vuruldu, yoxsa məclis idarə etməyinizə?
- 17 yaşım olanda ailə həyatı qurmuşam. Onda sadəcə
cızma-qaralarım vardı.
- Demək, sizin gözəlliyiniz onu başdan edib, şeirləriniz
yox.
- Düzdür, – gülür. - O məni ilk dəfə görəndə gözlərımı sevdi.
Sonra kimsə eşidərmiş kimi ətrafa nəzər salıb: - Sirr açım sizə? –
deyə soruşdu.
- Əlbəttə açın, bu həm də etirafdır, sirr deyil,
açın...
- Heç kimə deməmişəm bu günəcən.
- Narahat olmayın, mən də deməyəcəm...
- Bız yoldaşımla yanlış yığılmış bir nömrənin, bir zəngin
sayəsində tanış olmuşuq və bir-birimizi görmədən 9 ay telefonla
danışmışıq. Dərs yazmışıq. Dost olmuşuq. Nəhayət, görüşmək
istəmişik. Məni ilk gördüyü gün dedi ki, bu şənbə bizimkilər sizə
gələcək, - sonra da gülərək əlavə edir, - Heç kimə deməyin ha.
Od nədir, tonqal qaladım
- 9 ayda qəlbinə od salmısız da. Düz deyin, sonradan heç
sevginiz oldu?
- Od nədir, tonqal qaladım. Xoşbəxt ailəm, səmimi həyat yoldaşım
var. Başqa sevgim daha oldu. Biri Nurlan, digəri isə Turan
adında...
- Mən əminəm tonqal qalamanıza, gözünüzdən qığılcım
salmısız da qəlbinə. Amma kişilərin də gözü kor deyil axı.
Gözəlliyin qarşısında əriyirlər, o ki qaldı sizin kimi yaraşıqlı
xanımın qarşısında tab gətirmək mümkün olsun. O iki eşq isə
bilirəm, oğlanlarınızdır.
- Bizim kişilər ailəcanlıdır. Siz isə ailə dağıdan jurnalistsiz,
– ləzzətlə gülür.
- Yox, allah eləməsin. İstəsəniz, kişi sözü verirəm,
adınızı şərti qoyum və danışaq. O həsrət ki var dilinizdə,
"gecələrin eşq nəğməsi"... nədir bu nəğmə?
- Məktub...
- Aydındır. Kimə yazmısız bu məktubu?
- Sizə...
Məktubu açana deyil,
oxuyana salam olsun.
Belə şübhəli suallar…
- Mən o salamı qəbul edirəm e... Axı o məktubun
ünvanlandığı adam da var. Niyə ona salam olmasın? Sizi çoxmu
qəlbiqırıq saxlayıb?
- Faiq müəllim, siz mənim xasiyyətimə bələd deyilsiz, yoxsa belə
şübhəli suallar verməzdiniz.
- Yox, şübhəli deyil ki, bu suallar. İstərdim, ilk dəfə
el şənliyini yola vermək təklifi aldığınız günün həyəcanından
danışasız. Bu, necə oldu? Necə risk etdilər? Ya özünüz
istədiz?
- Əvvəllər kiçik banketlərdə, şou xarakterli məkanlarda şeir
söyləyirdim. 2003-cü il də artıq dostlaşdığımız müştərilərdən biri
məni toya dəvət etdi. Toya çatanda mənə aydın oldu ki, bu toyu mən
idarə etməliyəm. Əvvəlcə çox həyəcanlandım, dilim topuq vurdu. Toy
da kasıb toyu idi. Qızı qaçırmışdılar. Əvvəl etiraz etdim, onda
məni inandırdılar ki, bu iş restoranda şeir deməkdən də asandır.
Razılaşdım. Toy sahibi kəlbəcərli idi. Tez qaynayıb-qarışdıq. Mən
razı qalmasam da, onlar razı qaldılar, bunu hər adam dedi.
Maraqlı hadisə elə mənəm də
- Demək yola verə bildiz ki, bu gün toyları idarə
edirsiz?
- Yola vermədim. Əməlli-başlı idarə etdim.
- Nazilə xanım, toy məclisini idarə etmək sözsüz ki,
çətindir. Güman ki, maraqlı hadisələr də olub. Axı toylarda
müxtəlif insanlarla qarşılaşırsız.
- Maraqlı hadisə elə mənəm də. Bir qadın gəlib böyük bir toyun
öhdəsindən gəlir. Davasız-şavasız. Hə, bir dəfə Sumqayıtda toyda
aparıcı idim. Toyun içində xına məclisi quruldu. Qonaqlardan bir
xanım xonça gətirdi ki, Şəkidən sənə pay gətirmişəm, şəki
halvasıdır. Mən də şəkililərin duzlu ləhcəsində ona təşəkkür etdim,
mikrofonla dedim ki, ha indi mən sənin halvanı yiyim? "Halvanı
yeyim" axı pis çıxır, yas halvası mənasında... Xanım küsdü məndən.
Özümü itirmədim, küsdüyünü gördükdə gətirdiyi halvanı ləzzətlə
yedim.
- Bəs, sərxoş adamlar olur ki, onlar sifariş üstə qırğın
salır, onlarla necə baş edirsiz?
- Qadın aparıcı olanda kişilər çox vaxt dava, səs-küy
salmaz.
- Çox vaxt dediz, demək, az da olsa olur. Nazilə xanım,
toyları idarə etmək çətin deyil ki?
- Toyları idarə etmək üçün birinci növbədə psixoloq olmaq
lazımdır. Sonra isə söz yüklü və səliqə-sahmanlı olmaq gərəkdir.
Bunlar varsa, asan olar. Mənə çox asan gəlir.
Sərxoş kışının ağlı
- Bayaq dediz ki, qadın aparıcı olanda kişilər hay-küy
salmaz. Bəs sərxoş başda ağıl da olmaz deyirlər.
- Sərxoş kışının ağlı cibində olur. Pulu qurtaranda ağıllanmağa
başlayır, Bunların isə mənə heç aidiyyəti yoxdur, çünki mən olan
toylarda belə hallar görünmür, – yenə də gülür.
- Yoldaşınız nə işlə məşğuldur?
- Həyatımın yoldaşı Bakı metropolıtenində çalışır.
- Sizin qazandığınız puldan o da istifadə
edir?
- Bızım evın büdcəsində ayrılıq yoxdur. Evin ehtiyacı hamıya
aiddir, "sənin–mənim" söhbəti cılız söhbətdir.
- Sizi qısqanırmı?
- Qısqanırdı əvvəllər. Daha yox. İllərin sınağı ona kifayət
elədi, məncə.
- Yəni heç qısqanacaq bir şey olmayıb?
- O mənim iş həyatıma qarışmır.
Araq şüşəsi zərbə endirdi
- Kişi toyları ilə də bağlı bir hadisə
danışın.
- Tovuzun Köhnəqala kəndində toy olub. Pünhan aparıcı, mən isə
bəyin dostlarından birinin toya hədiyyəsi idim. Arada deyişmələr
edirdik. Toyun başında məni çağıran qardaş gəlib dedi ki, bu sənin
pulun, mən gedirəm, İstanbula səfərim var. Toy çox zəngin toy idi.
Pul göydən yağış kimi yağırdı elə bil. Pünhan şeir deyirdi. Birdən
dava düşdü. Davanın səsi eşidilməsin deyə, Pünhan şeiri kəsmir,
əksinə daha da ürəkdən deyirdi. Dava isə, musiqiçilərin arxa
fonunda pəncərə var, oradan açıq görünürdü. Onda gördük ki, dalaşan
oğlanın biri əlindəki araq şüşəsi ilə bir nəfərin başına güclü
zərbə endirdi. Şüşə sındı. Adam büsbütün qan oldu. Qonaqlar sanki
bu anı gözləyirdilər. Bütün toyxana bir-birinə girdi, kimi oturduğu
stolu göydə uçurur, kimi stəkanı, kimi də saç yolur. Mən nə etdim?
Pulumu əvvəlcədən aldığım üçün sakitcə aradan çıxdım. 2 saatdan
sonra Pünhana zəng vurdum ki, vəziyyət necədir? Dedi: - Hamı
qucaqlaşıb öpüşür, elə bil heç dava düşməyib.