Yuxarı

Ev dustaqlığına buraxılan mayorun ilk sualı bu oldu

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev dustaqlığına buraxılan mayorun ilk sualı bu oldu

Bu gün mənim üçün möhtəşəm gündür. Nəhayət, Qarabağ savaşı qəhrəmanı Ziya Kazımov həbsdən azad olunaraq ev dustaqlığına buraxıldı. Sevincimin hədd-hüdudu yoxdur.

Axar.az xəbər verir ki, bunu fevralın 24-də ev dustaqlığına buraxılan qəhrəman mayor Ziya Kazımovun vəkili Bəhruz Bayramov sosial şəbəkə hesabında yazıb.

“Dağlıq Qarabağın qondarma prezidenti döyüşlərdən sonra belə bir açıqlama vermişdi ki, Hadurut uğrunda döyüşlərdə 1500 erməni əsgəri 60-70 Azərbaycan əsgərinin qabağından qaçıb. Həmin hücum edən hərbi hissənin komandiri mayor Ziya Kazımov olmuşdur.

Bu gün hava şəraiti ilə əlaqədar olaraq bəzi problemlər yaranmışdı. Mayor Ziya Kazımovun iştirakı olmadan məhkəmə prosesin keçirilməsinə qərar verdi. 1 saylı istintaq təcridxanasına gedərək, Ziya Kazimovu gətirməyə qərar verdik. Bəzi prosedur qaydalar həyata keçiriləndən sonra Ziya Kazımov təcridxanadan buraxıldı. Ziya 3 aydır ailəsi ilə əlaqə saxlaya bilmir, telefon qadağası var idi. Biz elə fikirləşirdik ki, onun ilk sualı ailəsinin vəziyyəti haqqında olacaq. Amma biz yanılmışdıq. Çıxandan sonra ilk sualı bu oldu: "Görəsən mənim hərbi hissəm hardadır, zabitlərim və əsgərlərim harda xidmət edir?” - vəkil bildirib.

Qeyd edək ki, mayor Ziya Kazımov Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilib.

Mayor 2020-ci ilin noyabrın 9-da hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Tarix
2021.02.25 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla