Yuxarı

Şah Təhmasib bir sandıq ləl göndərir, Süleyman əsəbiləşir…

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şah Təhmasib bir sandıq ləl göndərir, Süleyman əsəbiləşir…

1557-ci ildə tikilmiş Süleymaniyyə məscidi Osmanlı memarlığının şah əsərlərindən biri və Sultan Süleymanın hakimiyyətinin əzəmətinin simvoludur. Bu möhtəşəm binanın tikintisi isə Memar Sinanın qızıl barmaqları ilə 7 ilə başa gəlib.

Süleymaniyyə İstanbulun ən yüksək təpəsi üzərində Qanuninin hökmdarlığının gücünü göstərmək üçün inşa edilmişdir.

Məscidin tikintisi ilə bağlı belə bir əfsanə var. Sultan Süleyman məscidin tikintisinə çox ciddi fikir verirdi və xəzinədən Memar Sinan üçün istənilən məbləği ödəməyi tapşırmışdı. Arxitektura sahəsində dünya nəhənglərindən biri sayılan Memar Sinan bütün gücü ilə tikintinin tez bitməsinə çalışırdı. Lakin bir müddət Osmanlı xəzinəsi çətinliklə üzləşir və bu da tikintinin başa çatmasına əngəl yaradır.

Bunu eşidən Səfəvi şahı l Təhmasib Sultana dəstək olmaq niyyəti ilə ona bir sandıq qiymətli daş-qaş göndərir. Sultan hədiyyəni alır və onun içini görəndə Şahın ona kömək etmək istəyini təkəbbüründən başqa cürə anlayır. O elə hesab edir ki, Səfəvi Şahı Sultana hədiyyə - qiymətli daşlarla doldurulmuş sandıq göndərərək, ondan üstünlüyünü nümayiş etdirir və Osmanlının maliyyə problemlərinə eyham vurur.

Hədiyyəni alan Süleyman bunu təhqir kimi qəbul edir. Osmanlı tədqiqatçıları Şah Təhmasibin guya Sultana onu aşağılamaq niyyəti ilə məktub göndərməsini də qeyd edirlər. Həmin məktubun qısa məzmunda “Məscidi bitirin, bu sizə kömək edər” sözlərini “Eşitdim, məscidi bitirmək üçün maliyyə yoxdur, bu sizə kömək olar. Məscidi bitirin” kimi təqdim edirlər.

Sultan Süleyman çıxış yolu tapır: sandığı Memar Sinana göndərir və məscidin tikintisində qiymətli daşlardan istifadə etmək əmri verir.

Qiymətli daşlarla bəzədilmiş minarənin talan obyektinə çevriləcəyini anlayan memar başqa cür hərəkət etmək qərarına gəlir. Bütün qiymətli daşlar toz halına gətirilir, sonra sementlə qarışdırılır və minarəyə çəkilir.

Məhlul bərkidikcə minarə sübh çağı müxtəlif rənglərlə parıldamağa başlayır. Deyirlər ki, onun səthinə düşən günəş şüaları qiymətli daşların parıltısını xatırladan işıq oyunu yaradıb.

Ona görə də bu minarəyə “Günəş minarəsi” adı verilmişdir.

Beləliklə, bu gün Süleymaniyyə məscidi parlayırsa, burada Səfəvi şahı Təhmasibin saf niyyəti və Sultanın təkəbbürü rol oynayıb.

Tarix
2025.02.06 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü

Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan

Paşinyandan “Tramp yolu” açıqlaması: 99 il...

İlk ürək transplantasiyası belə baş tutdu - Cərrah

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla