Yuxarı

Özçiviti “kral” elan etdilər, cibinə 20 milyon qoydular - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özçiviti “kral” elan etdilər, cibinə 20 milyon qoydular - Video

Türkiyənin məşhur aktyoru Burak Özçivit Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirdə böyük maraqla qarşılanıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Quruluş Osman” serialının ulduzu son olaraq qatıldığı “Türk dizi müziği” adlı tədbirdə xalq səsverməsinin nəticələrinə görə “kral” elan edilib.

Belə ki, tədbirdə “Hansı aktyoru kral olaraq görmək istəyərsiniz?” sualı ilə keçirilən səsvermədə 3 mindən çox səs qeydə alınıb. Burak Özçivit isə 2 min 747 səs toplayaraq açıq fərqlə birinci olub. Səhnəyə dəvət edilən aktyora xüsusi kral tacı təqdim edilib.

Son illər beynəlxalq arenada böyük fanat kütləsi qazanan Özçivitin bu görüntüləri qısa zamanda sosial mediada gündəmə çevrilib.

Bununla yanaşı, aktyorun sözügedən tədbirdə iştirak üçün 20 milyon TL (800 000 AZN) məbləğində ödəniş aldığı iddia olunur.

Tarix
2025.12.02 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla