Yuxarı

Depardye yenə öz ölkəsini aşağıladı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur fransız aktyoru Jerar Depardye ölkəsi haqda sərt sözlər deyib.

Axar.az xəbər verir ki, o, İtaliya mətbuatına verdiyi müsahibəsində özünü bir fransız kimi görmədiyini deyib.

Depardye Fransanı əcnəbilər üçün şərab və iylənmiş pendir istehsal edən axmaqlarla zəngin Disneyləndə bənzədib.

"Fransada insanlar manipulyasiya edilir və heç bir azadlıqları qalmayıb", - deyən Depardye İtaliyanın Fransa ilə müqayisədə daha özünəməxsus olduğunu və mədəniyyətini qorumağı bacardığını ifadə edib.

Məşhur aktyor bildirib ki, artıq əsil kino sənəti qalmayıb. O, amerikalıların vahiməyə saldığı dünyada bəsit bir əyləncə şəraitinin olduğunu dilə gətirib. Kinoda isə çox tanınan 10 aktyorla ərsəyə gətirilən və film adı verilən özəl effektlərlə zəngin "rollar"ın canlandırıldığını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinin "qoçu" xarakterini sevdiyini deyən fransız aktyor 2013-cü ildən bəri Rusiyanın ona verdiyi şəxsiyyət vəsiqəsindən istifadə etdiyini və özünü "dünya vətəndaşı" kimi gördüyünü deyib.

Tarix
2016.09.23 / 20:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla