Yuxarı

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Meksikanın paytaxtı Mexikoda lüks penthaus mənzilində dəhşətli qətl hadisəsi baş verib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, mənzildə silahla vurulmuş 4 nəfərin meyiti aşkarlanıb.

Məlumata görə, penthausa daxil olan iki naməlum şəxs 38 yaşlı bəstəkar Conatan Melendezi və onun ailəsini qətlə yetiriblər. Həyatını itirənlər arasında bəstəkarın həyat yoldaşı, 3 yaşlı qızı, evin köməkçisi olub. Qatillər iti də öldürüb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub. Səlahiyyətlilər Melendezin 6 yaşlı uşağının hadisə yerində sağ-salamat tapıldığını bildiriblər.

Melendezin həyat yoldaşı Ana Paolanın təxminən 4 aylıq hamilə olduğu bildirilib. Meksika Baş Prokurorluğu qurbanların və ailənin ev heyvanı olan itin hadisə yerində yapışqanlı lentlə bağlanmış vəziyyətdə tapıldığını açıqlayıb.

Bəyanatda 3 yaşlı bir qız və daha iki nəfərin başından güllələnərək öldürüldüyü, bir nəfərin isə kürəyindən güllələndiyi bildirilir.

Baş Prokurorluq hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.

Qeyd edək ki, 38 yaşlı meksikalı bəstəkar, musiqiçi və prodüser Conatan Melendez (Jonathan “Honas” Meléndez) Meksikanın tanınmış indi-rok və sinti-pop qrupu olan Camilo Séptimonun yaradıcılarından biri olub.

Tarix
2026.09.03 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla