Yuxarı

Heç vaxt şou-biznesdən olanlarla ailə qurmaram…

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç vaxt şou-biznesdən olanlarla ailə qurmaram…

Gizli deyil ki, şou aləminin müğənniləri, aktyorları və tanınmış simaları ilə ailə qurmaq istəyənlər çox azdır. Bunun bir çox səbəbləri ola bilər. Kimi qısqanclıq ucbatından, kimi isə tanınmışların yetərincə ailəsinə vaxt ayıra bilməyəcindən gileylənir.

"Axar.az" olaraq bu mövzuda sıravi vətəndaşlar arasında sorğu keçirdik: "Şou-biznes nümayəndəsi ilə ailə qurardınızmı?"

Onların qız fanatları çox olur

Jurnalist Ceyran Əsgərova fikrini bu cür bildirdi: "Şou-biznesdə olan heç bir bəylə ailə həyatı qurmaq fikrim yoxdur. Çünki onların qız fanatları çox olur. Mənim də qısqanc xasiyyətim olduğu üçün tanınmış sima ilə ailə həyatı qurmağım qeyri-mümkündür".

Həmin xanımın kaprizləri

Təşkilatçı Samir Xəttab da "xeyr" deyərək fikrini belə əsaslandırdı: "Əsla şou aləmində olan xanımla ailə həyata qurmaram. Mənim başqa bir dünyam var, başqa ideyanın sahibiyəm. Həmin xanımın kaprizləri, müğənnilik həyatı və ümumiyyətlə bu cür şeyləri qəbul edə bilmərəm".

Düşünmədən…

Jurnalist Rəqsanə Yusifzadə qısqanc olduğunu dedi: "Nəzərə alsam ki, çox qısqancam, istəmərəm şou-biznesdən kiminləsə ailə qurum. Lakin bir nüans var ki, sevərəmsə, mənə dəyər verməyi bacararsa, təbii ki, düşünmədən ailə quraram".

Mən məni sevəninəm

Zamiq Yunisov "Niyə də yox, önəmli olan insanlığı olsun, ən əsası qarşılıqlı sevgi və hörmət olsun", - deyərək qısa cavab verdi.

Fuad Mədətov cavabı deyəsən daha maraqlı oldu: "Hər bir insan ixtisasından və çalışdığı sahədən asılı olmayaraq ailə müqqədsəliyini dərk etməlidir. Ailə ixtisas, peşə, vəzifə və rütbə tanımır. Ailədə yalnız qarşılıqlı sevgi və sevgi naminə də qarşılıqlı anlayış olmalıdır. Bu nöqteyi-nəzərdən şou-biznes nümayəndələri ilə ailə qurmaq olar. Amma ailəyə sadiq olacaqlarmı? Mənim nəinki şou-biznes nümayəndələri ilə, ailə qurmağım ümumiyyətlə qarşı tərəfin mənə olan sevgi və anlayışından asılıdır. Mən məni sevəninəm!"

Tanınmış tele-aparıcı Tural Ozanın cavabı səmimiyyəti ilə seçildi: "İncəsənət adamı ilə ailə həyatı qurmaq olar. Amma sırf şou-biznes adamı ilə… bu, sual altında olan bir şeydir. Təsəvvür edirsiniz? 24 saat canlı efir, şou, qalmaqal, bunlar hamısı sənin evində olacaq. Bu, dözülməz haldır. Lakin həyatdır, hər şey ola bilər. Heç vaxt, "heç vaxt" demə".

Tarix
2014.03.14 / 08:00
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla