Yuxarı

Toylarda döyülən müğənnilər - Adlar

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toylarda döyülən müğənnilər -

Müğənni İzzət Bağırova “Neolit” şadlıq evində hücum olunması və döyülməsinə cəhd edilməsi sənətçilərin qarşılaşdığı ilk belə hal deyil.

Axar.az-ın media üzərindən apardığı araşdırma zamanı məlum olub ki, bundan qabaq da tanınmış müğənnilər içində toylarda, el şənliklərində, müxtəlif məclislərdə döyülənlər olub.

Onlardan biri müğənni Cavanşir Məmmədpvdur. Ötən il "Movida Plaza” şadlıq sarayında baş tutan məclisdə 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu onu döyüb və həmin şəxs polis tərəfindən saxlanılıb.

2011-ci ildə müğənni Ədalət Şükürov “Neon” şadlıq sarayında içkili şəxs tərəfindən döyülüb. Müğənni özü də həmin dövrdə mətbuata açıqlamasında faktı təsdiqləyib və onu vuran şəxsi üzr istədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət etməyib.

İfaçılar içərisində "ölümünə döyülən" isə Vüqar Muradov olub. Onu Moskvaya toya dəvət edən şəxslər Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. 2015-ci ildə baş verən bu cinayətin təfərrüatı mətbuatda geniş yazılıb.

Müğənni Elton Hüseynəliyevin də toyda başına iş gəlib. Ona kəllə vuran adamla müğənnini toy yiyəsi və qohumları aralayıb. Həmin kəllədən sonra Eltonun burnunda çəpər əyriliyi yaranıb.

Bəstəkar-müğənni Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə sosial şəbəkələrdə məlumatlar yayılsa da, ifaçı hadisəni təkzib etmişdi.

Əslində, bu siyahını uzatmaq da olar. Sadəcə, yaxın keçmişdə baş verən hadisələrin arayışını hazırlamaqla yanaşı dünyada məşhur ulduzların da döyülməsi faktlarına diqqət çəkməyə çalışdıq. Fərq ondandır ki, dünya məşhurları toylarda döyülməyiblər.

Məsələn, Amerikanın pop ulduzu Rihanna 2009-cu ildə "Qremmi" mükafatlandırma mərasimində nişanlısı Kris Broun tərəfindən döyülüb.

Rihanna şikayətçi olmasa da məhkəmə Brouna 6 ay həbs vermiş, müğənniyə isə 50 metrdən az bir məsafədə yaxınlaşmasına icazə verməmişdi.

Aktrisa Pərixan Savaş sənətçi əri İbrahim Tatlısəs tərəfindən döyülüb. İbrahim həyat yoldaşını Dərya Tuna ilə aldadıb. Ailə arasında baş vermiş münaqişənin sonu aktrisanın ciddi döyülməsi ilə başa çatıb.

Məşhur müğənni Madonna ilə isə 1985-ci ildə ailə həyatı qurduğu Sean Penn arasında davaları çox olub. Penn içkiyə qurşandığından sonra hər gün Madonnanı döyüb.

Müğənninin əri tərəfindən başına çubuqla zərbələr endirilməsi, əllərini stola bağlayaraq saatlarla döyülməsi ölkə gündəmini bir-birinə qatmışdı.

Tarix
2017.09.01 / 13:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla